İqtisadiyyat

Dollar bu gün neçəyədir? - rəsmi valtuya məzənnələri

14-09-2016, 17:03
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Xeberman.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 9-u ilə müqayisədə 0,8% azalaraq 1,6390 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,54% zəifləyərək 1,8398 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 1,56% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,83% azalaraq 0,5496 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1632 manatdır. Beləliklə, funt sterlinq 1,03%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7095 manat təşkil edir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]