İqtisadiyyat

Nazirlik bu bankı məhkəməyə verdi

12-09-2016, 23:19
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti lisenziyası ləğv edilmiş "Zaminbank” ASC-ni məhkəməyə verib 

Dövlət xidməti kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Zaminbank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]