İqtisadiyyat

Azərbaycanın dərman bazarında at oynadan dərman şirkəti ermənilərlə necə əməkdaşlıq edir

11-09-2016, 22:45

Danimarkanın "NovoNordisk” şirkəti, Fransanın "Sanofi” və ABŞ-ın "Elay Lilli” kimi şirkətləri ilə birgə dünyanın ən iri insulin istehsalçılarından biridir (insulinlər şəkərli diabet xəstəliyinin müalicəsində mühüm rol oynayır). Hər üç şirkət bir necə fərqli adlarla eyni keyfiyyətdə və effektivlilikdə olan insulinlər istehsal edir, adı çəkilən şirkətlərin hər üçünün insulinləri şəkərli diabet xəstəliyinin müalicəsində qəbul olunmuş dünya standartları tərəfindən məsləhət görülür, bu standartlar Beynəlxalq Diabet Federasiyası, Amerikan Diabet Assosiasiyası və s. kimi nüfuzlu qurumlar tərəfindən yaradılır. Kliniki tətqiqatlar göstərirlər ki, hər üç istehsalçının insulinləri tamamilə bir birini əvəz etməyə qadirdirlər, bu da, öz növbəsində, yuxarıda adı çəkilən üç istehsalçının insulinlərinin şəkərli diabetin müalicəsi beynəlxalq standartlarına qaxil edilməsi ilə nəticələndi.

Bakixeber.az-a verilən məlumata görə Danimarkanın "NovoNordisk” şirkətinin nümayəndəliyi 1997-ci ildən 2009-cu ilədək Azərbaycanda qeyri-qanuni olaraq, heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib, ofisin kirayəsi, əməkdaşların əmək haqqları və s. ödənişlər xaricdən nümayəndəlik rəhbərinin dollar hesabına köcürülən vəsaitdən ABŞ dollarları ilə verilirdir ki, bu da ən azından vergi ödənişlərindən yayınma faktı kimi qiymətlədirilə bilər. Şirkətin nümayəndəliyi AR Ədliyyə Nazirliyindən yalniz 2009-cu ildə qeydiyyatdan keçib. Antiinhisar (antimonopol) Qanununun və idxalçı ölkələrin rəqabət müdafiəsi Qanununun pozulması, dərman preparatlarının qeydiyyatdan keçirilmədiyi göstərişlərinə görə aktiv qanundan kənar promosiyası (reklamı), vəzifəli şəxslərin maliyyə vasitələri ilə ələ alınması nəticəsində öz preparatlarının tenderlərə daxil edilməsi və insulin idxalı üçün sərfəli müqavilələrin əldə edilməsi – bu və digər başqa ölkələrdə istifadə olunmuş və sınanılmış üsüllar Azərbaycanda da müvəffəqiyyətlə şirkət tərəfindən istifadə olundu və gözlənilən nəticələrə gətirdi. Bunlar arasında aşağıdakıları qeyd etmək olar:

1. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin qeyri-şərtsiz azad olunması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinin, müastəqilliyinin və ərazi bütövlüyünün tanınmasını bilərəkdən nəzərə almayaraq, Danimarkanın "NovoNordisk” şirkəti qondarma separatçı "Dağliq Qarabağ respublikası” rejimi ilə 2014 - 2018-ci illər üçün insulin idxalına dair rəsmi müqavilə imzalayıb, bununla da beynəlxalq normaları kobud surətdə pozub və Azərbaycan Respublikasına qarşı ikili standartlar siyasətinin istifadəsini nümayiş etdirib. Bu müqavilədə qondarma "Dağliq Qarabağ respublikasına” satılacaq bir flakon insulinin qiyməti 3,33 ABŞ dolları müəyyən edilib ki, eyni adda olan insulin Azərbaycana 2014-cü ildə 10,52 ABŞ dollarına satılıb. Azərbaycan Respublikasına tək 2014-cü ildə 9 milyon manat məbləğində insulin idxal etmiş və eyni il üçün Azərbaycan üzrə ümumi dövriyyəsi 10 mln ABŞ dollarını keçən şirkət, aydındır ki, qondarma "Dağliq Qarabağ respublikasına” satdığı insulinə görə əldə etdiyi cuzi məbləğdə maraqlı ola bilməz, və bu da, öz növbəsində, bir daha şirkətin Azərbaycan Respublikası qanunlarına hörmətsizliyini sübut edir.

2. Azərbaycan Respublikasının Antiinhisar Qanununu kobud surətdə pozaraq, "NovoNordisk” şirkəti respublikaya idxal olunan insulinlərin 95 %-ni və insan insulinlərinin 97 %-ni zəbt edib ki, bütün dünyada insulin satışı bazarı yuxarıda adı çəkilən üç böyük şirkət aralarında bərabər paylara bölünüb, bu da ondan irəli gəlir ki, ayrı-ayrı istehsalçıların insulinlərinin effektivliyi arasında hec bir fərq yoxdur. Son üç ildə şirkət vəd etdiyi insulin miqdarını vaxtında Azərbaycana çatdırmadığına görə respublikanın iki regionunda şəkərli diabet xəstələri arasında ixtişaşlar qeyd olunmuşdur. Beləliklə, AR-nın Antiinhisar Qanununun və Rəqabət haqqında Qanununun şirkət tərəfindən pozulması nəticəsində 20 minə yaxın insulindən asılı şəkərli diabet pasientləri "NovoNordisk” şirkətinin dərmanlarından asılı vəziyyətə salınıb ki, şirkət məhz buna nail olmaq istəyirdi. Bunu da istisna etmək olmaz ki, pasientlərin bu şirkətin dərmanlarından total şəkildə asılı olması gələcəkdə şirkətin hər hansı bir siyasi belə məqsədlərə nail olması üçün istifadə oluna bilər. Praktiki olaraq bu sxem artıq bir dəfə respublikada reallaşdırılıb, belə ki, ABŞ-ın "Elli Lilly” şirkəti iki il əvvəl Azərbaycana daha ucuz insulinləri gətirdikdə "NovoNordisk” şirkəti tərəfindən tam maliyyələşdirilən "Azərbaycan Diabet Assosiasiyası” QHT-sinin işçiləri şirkətin göstərişi ilə pasientlər arasında əvvəlcədən səhv məlumatlar yaymaqla və bunun nəticəsində həkimlərə təzyiq göstərməklə rəqib şirkətin insulinlərini bazara daxil olmasının qarşısını almışdırlar. Xarici şirkət nümayəndəliyinin birbaşa hər hansı yerli bir QHT-ni maliyyələşdirilməsi yenə də azərbaycan qanunvericiliyinə zidd olan bir əməldir.

3. 2015-ci il yanvar ayının ortalarına qədər "NovoNordisk” şirkəti insulinlərin bir flakonunu Azərbaycana 10,5 ABŞ dollarına satırdı ki, bu qiymət yalnız 2015-ci ilin əvvəlində 8 dollara azaldılmışdır. Eyni vaxtda eyni adda insulinlər Özbəkistana 3,0 ABŞ dollarına, Rusiyaya 4,25 ABŞ dollarına, Ermənistana 3,0 ABŞ dollarına, hətta qondarma "Dağliq Qarabağ respublikasına” 3,33 ABŞ dollarına satılmışdır. Bu fakt təkrar olaraq şirkətin Azərbaycana qarşı ikili standartlar siyasətini yürütməsini təsdiq edir ki, bu da öz növbəsində ən azından "2011-2015-ci illər üçün şəkərli diabet üzrə tədbirlər proqramına” dövlət tərəfindən ayrılmış maddi vəsaitin qeyri-səmərəli istifadəsinə və maliyyənin xarici investorların cibinə axıb getmısinə gətirib çıxarır. Belə ki, 2014-cü ildə "NovoNordisk” tərəfindən Azərbaycana satılan insulin heç olmazsa Ermənistana satılan qiymətə satılsaydı, dövlət həmin ildə insulin alışına 16,5 mln manat yox, cəmi 3,0 mln manat sərf edərdi.

4. "NovoNordisk” şirkəti 2015-ci ilin may ayinda uzun müddətli təsirə malik "Tresiba” adlı insulini dövlət qeydiyyatından keçirib və Azərbaycan bazarında satışa çıxarıb. Bununla şirkət Səhiyyə Nazirliyinə preparat haqqında vacib məlumatları gizlətməklə dərman preparatlarının qeydiyyatı qaydalarını pozub, belə ki, "Tresiba” preparatının satışı 2013-cü ildə ABŞ-da, 2015-ci ildə isə Almaniyada qadağan olunub. Qadağanın səbəbi preparatın uzun müddətli istifadəsi zamanı ortaya çıxan neqativ kardiovaskulyar effektlər olmuşdur.

5. "NovoNordisk” şirkəti Azərbaycandakı fəaliyyətində öz dərmanlarının off-leybl reklamına yol verir, yəni dərmanların müvafiq dövlət orqanları tərəfindən təsdiq etmədiyi və instruksiyada göstərilmədiyi göstərişlərə uyğun olaraq reklam edir. Belə ki, 2015-ci ilin əvvəlində qanda şəkərin səviyyəsinin azaldılması üçün nəzərdə tutulan "Viktoza” dərman preparatının təqdimatı zamanı bu preparat çəkinin azaldılması və nəzarətdə saxlaması üçün istifadə olunan preparat kimi təqdim olunmuşdur. Preparatın qeyri-qanuni promosiyası Həkimləri Təkmilləşmə İnstitutunun həkimləri tərəfindən yanlış məlumatlara əsasən aparılır ki, bu da şirkətin tibbi şöbəsi işçisi tərəfindən İnstitutun məruzəçi həkiminə verilən səhv məlumata görə mümkün olub. Qeyd etmək lazımdır ki, xaricdə off-leybl reklama görə istehsalçı şirkətə qarşı milyonluq cərimələt tətbiq olunur, məsələn, 2009-cu ildə ABŞ məhkəmə orqanları "Pfizer” şirkətini həkimləri pulla ələ almağına görə və alıcıları aldatdığına görə 2,3 milyard dollar cərimələyib.

"NovoNordisk” şirkətinin adı son iyirmi il ərzində dəfələrlə dünyanın ayrı-ayrı ölkələrində baş vermış qalmaqallarda çəkilib, bunlar insulin idxalı üçün sərfəli kontraktların alınmasına dair məmurlara milyonluq rüşvətlərin verilməsi, insulinləri yazan həkimlərin ayrı-ayrı yollarla ələ alınması, və öz insulinlərinin tenderlərə qeyri-qanuni yollarla daxil edilməsinə dair çoxsaylı faktlardır. Belə ki, 2009-cu ildə ABŞ-ın Dövlət Departamenti "NovoNordisk” şirkətini 9 mln ABŞ dolları məbləğində cərimələyib. Cərimələnmənin səbəbi şirkətin BMT-nin "Food-for-oil” proqramı çərçivəsində ölkəyə insulin idxalına prioritet müqavilə əldə etmək üçün İraq məmurlarına 1,4 mln ABŞ dolları məbləğində rüşvət verdiyi faktının təsdıqini tapması olub.

2013-cü ildə "NovoNordisk” şirkəti İngiltərənin "QlaksoSmitKleyn”, İsveçrənin "Novartis” və Almaniyanın "Bayer” şirkətləri ilə birgə Çində böyük korrupsiya qalmaqalında iştirakçı olub ki, bu fakt Çinin Səhiyyə Nazirliyində bir çox cavabdeh məmurların həbsinə və "QlaksoSmitKleyn” şirkətinin ümumilikdə 489 mln ABŞ dolları məbləğinə cərimələnməsinə səbəb olub.

2014-cü ilin dekabrında "NovoNordisk” şirkətinin Rusiyadakı nümayəndəliyinin başçısına qarşı Rusiyanın Antiinhisar Qanununun pozulması faktına görə cinayət işi açılmışdır.

2014-cü ilin avqustunda Rusiyanın Federal Antiinhisar Xidmətinin Komissiyası "NovoNordisk” şirkətini təkrar olaraq "Rəqabət haqqinda Qanunun” pozulmasına görə cərimələyib.

2011-ci ilin əvvəlində Rusiyanın Federal Antiinhisar Xidmətinin Komissiyası "NovoNordisk” şirkətini 2,88 mln ABŞ dolları məbləğində Rusiyanın Antiinhisar Qanununun kobud şəkildə pozmasına görə təkrar olaraq cərimələyib. Cərimənin səbəbi şirkətin insulinlərin qiymətinin süni artımını əldə etmək üçün distribyutor şirkətlərlə sövdələşməyi və şirkətə uyğun olmayan distribyutorların onlara birtərəfli olaraq insulin satışının dayandırılması nəticəsində bazardan kənarlaşdırılması olub.

2010-cu ilin əvvəlində Rusiyanın Federal Antiinhisar Xidməti "NovoNordisk” şirkətini 53,3 mln rubl cərimələməşdir, bunun səbəbi şirkətin Rusiyaya idxal etdiyi insulinlərin qiymətinin süni artırması olub.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]