Dünya

Rusiya ən müasir tankının gücünü göstərdi

11-09-2016, 21:22
Rusiya ən müasir tankının gücünü göstərdi

Rusiya Müdafiə nazirliyi öz YouTube kanalında yeni super-tankı "T-14”ün("Armata”) videosunu təqdim edib.

Xeberman.com xəbər verir ki, videoda tankın müxtəlif maneələrdən keçməsi əks olunub. 

Qeyd edək ki, "T-14 Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır.

Tank 125 mm-lik yivsiz topla təchiz olunub, tankın qülləsi məsafədən idarə olunur. Qərb tankları ilə müqayisədə o daha manevrlidir və digər qoşun birləşmələri ilə qarşılıqlı əlaqə üçün bütün zəruri texnika ilə təchiz edilib. Burada əsas məqam setesentrik müharibələrin aparılmasıdır. 

Gələn il tankın kütləvi istehsalı başlamalıdır. 2020-ci ilədək Uraldakı zavodda 2300 tank – hər il 500 "Armata” buraxmaq planlaşdırılır. Müqayisə üçün – hazırda Almaniya Quru Qoşunları "Bundesver”in cəmi 225 "Leopard-2” tankı var.


Administratorla əlaqə

077 611-55-22

[email protected]