İqtisadiyyat

Mərkəzi Bank turistlərin Azərbaycanda xərclədiyi pulun miqdarını açıqladı

11-09-2016, 20:52
Mərkəzi Bank turistlərin Azərbaycanda xərclədiyi pulun miqdarını açıqladı
2016-cı ilin I yarısında xarici ölkə vətəndaşları Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər.

Xeberman.com-un verdiy məlumata görə,bu barədə Trend Azərbaycan Mərkəzi Bankının tədiyyə balansına istinadən məlumat yayıb.

Bununla belə, Azərbaycan vətəndaşları xaricdə 3,7 milyard dollar xərcləyiblər.

Tədiyyə balansına əsasən, qarşılıqlı xidmətlərin dövriyyəsi 5,7 milyar dollar təşkil edib, bunun 16,7 faizi (952 milyon dollar) nəqliyyat xidmətlərinin payına düşüb.

542 milyon dollar əcnəbilərin Azərbaycanda nəqliyyat xərcləri, 410 milyon dolları isə digər ölkələrdəki Azərbaycan rezidentlərinin xərcləri təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]