Ölkə

HACIBALA ABUTALIBOV ASİF ƏSGƏROVUN VİLLALARINI SÖKDÜRÜB? – ŞOK NÜANSLAR

11-09-2016, 03:53
HACIBALA ABUTALIBOV ASİF ƏSGƏROVUN VİLLALARINI SÖKDÜRÜB? – ŞOK NÜANSLARBu çəkişmə daha çox Bakı meriylə Nəsimi RİH başçısının "ölüm-dirim” savaşına bənzəyir.

Hacıbala Abutalıbovun "Bakı-2015” ərəfəsində Səbail rayonu Badamdar qəsəbəsində sökdürdüyü villalarla bağlı qalmaqal səngimək bilmir. Jurnalistlərin apardığı araşdırmalar nəticəsində məlum oldu ki, sökülən villaların heç də hamısı qanunsuz tikilməyib. Həmin ərazidə tikilən 5 villa Rəhimovlar ailəsinə məxsus olub. Və onların tikinti üçün təqdim etdikləri sənədlərin hamısı qaydasında olduğu da ictimaiyyətə təqdim olunub.


365info.az-ın əldə etdiyi məlumata görə, Cəmilə Rəhimova adlı şəxs öz ailəsinin adından bütün sənədləri jurnalistlərə təqdim edib və sübuta da yetirib ki, Hacıbala Abutalıbovun onların ailəsinə aid torpaq səhəsində tikdirdikləri villaları qanunsuz sökdürüb. Belə ki, mülklərin sahibləri Cəmilə Əmirxan qızı Rəhimova (o, mətbuata açıqlamasında öz sahəsini və evləri sonradan anasının adına keçirdiyini bilidirib), onun anası Ədilə Yusif qızı Vəliyeva, qardaşı Aydın Əmirxan oğlu Rəhimovdur. Lakin məsələnin başqa tərəfləri də olmamış deyil…


365info.az-ın redaksiyasına daxil olan məlumata görə, mübahisəli ərazinin üzdə görünən sahibi Cəmilə Rəhimova və onun yaxınları olsa da, mülklərin əsl sahibi Səbail RİH-nin keçmiş başçısı, hazırda isə Nəsimi RİH-ə rəhbərlik edən Asif Əsgərovdur. Hətta keçən il Hacıbala Abutalıbov həmin ərazidə söküntü işləri aparanda məlumat əldə etmişdi ki, Cəmilə Rəhimovanın həmin torpaq sahəsinə sahibliyi formal xarakter daşıyır, həmin ərazinin əsl sahibi Asif Əsgərovdur. Bu məlumatı "yuxarılara” çatdıran Hacıbala Abutalıbov Asif Əsgərovun istefasını istəyib. Ancaq Asif Əsgərov həmin ərazinin Cəmilə Rəhimova tərəfindən qanuni sənədləşdirilməsi faktlarını "yuxarılara” təqdim edərək, sadəcə öz vəzifəsini Səbaildən Nəsimiyə dəyişməli olub. Necə deyərlər, Asif Əsgərov bir müddətlik yaxasını Hacıbala Abutalıbovun əlindən qurtara bilib…


Əldə etdiyimiz başqa bir məlumata görə, Hacıbala Abutalıbov Cəmilə Rəhimovanın ailə üzvlərinin ƏMDK DƏDRX-dan adına olan çıxarışların ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Ancaq Asif Əsgərov məhkəmə prosesinə müdaxilə edəndən sonra, Hacıbala Abutalıbov Cəmilə Rəhimovanın ailə üzvlərinə uduzmalı olub. Mənbə bildirir ki, əslində məsələ "kompensasiya” iddiasından daha uzağa gedib və bu çəkişmə daha çox Əsgərovla Abutalıbovun "ölüm-dirim” savaşına bənzəyir. İki məmur arasında rəqabətin olduğu heç kimə sirr deyil, çünki Abutalıbovun yerinə Əsgərovun keçəcəyi dəfələrlə müxtəlif dairələrdə müzakirə mövzusu olub. Güman ki, Rəhimovların hamisi məhkəmə çəkişməsində və "villa qalmaqalı”nda Bakı ŞİH-ə qalib gəlməklə, həm də Hacıbala Abutalıbova ağır zərbə vurmağı, onun ictimai çəkisini sıfıra endirməyi planlaşdırır. 
Araşdırmamız davam edir… 
Anar Asimoğlu 
365İNFO.AZ

Administratorla əlaqə

077 611-55-22

[email protected]