Əsas Səhifə / Xəbərlər

Sabah hava necə olacaq?

8-09-2016, 14:01

Sabah hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 
Xeberman.com -a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.             

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]