İqtisadiyyat

Azərbaycan pulların məhv edilməsi üçün yeni sistem alacaq

6-09-2016, 18:26

Tenderdə iştirak haqqı kimi qurumun hesabına 1 000 manat köçürülməlidir.

Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması məqsədi ilə tender keçirir. "Report" xəbər verir ki, iddiaçılar tender təklifini və onun bank təminatını oktyabrın 21-nə qədər, digər sənədləri isə oktyabrın 13-nə qədər AMB-yə təqdim etməlidirlər.

Bundan başqa, tenderdə iştirak haqqı kimi qurumun hesabına 1 000 manat köçürülməlidir.

Tender proseduru oktyabrın 24-ü, saat 15:00-da AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında keçiriləcək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]