Əsas Səhifə / Xəbərlər

Qanunsuz miqrantlarla bağlı yenilik

3-09-2016, 10:48

Qanunsuz miqrantlarla bağlı yenilikXeberman.com  Oxu.Az -a istinadən xəbər verir ki, bu qaydalar mərkəzin işçiləri, orada saxlanılan əcnəbilər və bu Mərkəzlərə baş çəkən şəxslər üçün məcburidir.

 
Mərkəz orada yerləşdiriləcək əcnəbilərin hüquqi vəziyyəti nəzərə alınmaqla, xüsusi layihələr üzrə tikilir və ərazisində Mərkəzin inzibati binası, nəzarət buraxılış məntəqəsi, ziyarətçilər üçün gözləmə otağı, görüş otağı, fotoçəkilişlərin və daktiloskopik qeydiyyatın aparıldığı otaq, axtarış otağı, yataqxana tipli adi yaşayış binaları, müsahibə otağı, sanitar-təmizləmə otağı, Mərkəzə yeni qəbul edilmiş əcnəbilər üçün ilkin (müvəqqəti) saxlanılma otaqları (karantin yerləri), yeməkxana, kitabxana, istirahət otağı, idman meydançası, uşaqlar üçün oyun meydançası, camaşırxana və hamam, bərbərxana, tibb məntəqəsi, gəzinti üçün yerlər, anbar, qaraj, nəqliyyat vasitələrinin dayanacaq yeri və digər yardımçı xidməti tikililər yerləşir, zəruri avadanlıqlarla və ləvazimatlarla təchiz edilir.

Mərkəzin ərazisi hündürlüyü 3 metrdən az olmayan hasarla hasarlanır. Mərkəzdə yerləşdirilən əcnəbilər Mərkəzdə saxlanıldıqları binaların yaşayış otaqlarında hər əcnəbi üçün 4 kv.m-dən az olmayaraq yaşayış sahəsi ilə təmin olunurlar. 

Daxili intizam qaydalarını pozan Mərkəzdə yerləşdirilən əcnəbilərin saxlanılması üçün bir  nəfərlik xüsusi otaqlar təşkil edilir. Əcnəbilər üzərində şəxsi axtarış paltarları soyunmaqla keçirilən tam və ya paltarları soyunmadan keçirilən natamam axtarış formalarda aparılır.

Mərkəzdə saxlanılan əcnəbilər vəfat etdikdə, ona məxsus əşyalar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin şəxsin varisinə verilir və bu barədə təhvil-təslim aktı tərtib olunur. 

Mərkəzə yeni qəbul edilmiş əcnəbilər mövcud sanitar-epidemioloji normalarla müəyyən edilmiş qaydada tibbi müayinədən və eynicinsli şəxslər tərəfindən sanitar təmizləmədən keçirilir, münasib paltarları olmadıqda iqlimə və insan ləyaqətinə uyğun paltarla təmin edilirlər.

Mərkəzdə saxlanılan əcnəbilər heç bir halda işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.  Əcnəbilər Mərkəzdə 2, 6 və daha çox nəfərlik xüsusi yaşayış otaqlarında bir ailəyə mənsub olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar.

Məcburi saxlanılanlar könüllü saxlanılanlardan, qadınlar kişilərdən (ailə üzvləri istisna olmaqla), yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan (ailə üzvləri istisna olmaqla), Mərkəzdə saxlanılan əcnəbilər onların həyat və ya sağlamlığına təhlükə törədən Mərkəzdə saxlanılan digər əcnəbilərdən (Mərkəzin rəisinin qərarı ilə) ayrı saxlanılır.

Qadınlar kişi cinsindən olan 12 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi nəzarətə ehtiyacı olan əcnəbilər yaxşılaşdırılmış maddi-məişət şəraiti olan yaşayış otaqlarında yerləşdirilirlər, xüsusi tibbi yardım və xüsusi yemək normaları ilə təmin edilirlər. 

Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, yetkinlik yaşına çatmayan əcnəbilər bir nəfərlik xüsusi otaqlarda saxlanıla bilməzlər. 

Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər hər gün üç saatdan az olmayaraq, gündəlik gəzintiyə çıxarılmaq hüququna malikdirlər. Mərkəzdə saxlanılan əcnəbilər gün bölgüsünə uyğun olaraq, Mərkəzdə idmanla məşğul olmaq və stolüstü oyunlar (şahmat, dama, domino, nərdtaxta) oynamaq, habelə televiziya verilişlərinə baxmaq hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilər ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə hüquq münasibətlərində iştirak edirlər.

Mərkəzdə saxlanılan əcnəbilər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər. Mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə etmək məqsədi ilə Mərkəzdən kənara çıxmaq zərurəti yarandıqda, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və ya onların nümayəndələri bu barədə Mərkəz rəhbərliyinə əsaslandırılmış yazılı müraciət edirlər. Mərkəzin rəisi müraciətə baxır və Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin razılığı olduğu təqdirdə, həmin əcnəbilərə Mərkəzin işçilərinin müşayiəti ilə və müəyyənləşdirilmiş vaxt çərçivəsində Mərkəzdən kənara çıxmağa icazə verir.

Mərkəzdə saxlanılan əcnəbi vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbiyə himayədarlığı öz üzərinə götürmüş beynəlxalq  təşkilatlara və aidiyyəti orqanlara məlumat verilməsini təmin edir. Mərkəzdə saxlanılan əcnəbinin meyiti aidiyyəti üzrə təhvil verilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]