Gündəm

Ramil Usubov Türkiyədə ANS-in bağlanmasından danışdı - Video

31-08-2016, 17:07
Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfəri zamanı həmkarı Əfqan Ala ilə görüşüb 

Politika.Az Tükiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə bir sıra məslələr müzakirə olunub və görüşdən sonra hər iki nazir birgə mətbuat konfransı keçiriblər.

Türkiyənin daxili işlər naziri Əfqan Ala çıxışı zamanı qeyd edib ki, Azərbaycan daxili işlər orqanları ilə terror təşkilatlarına qarşı birgə mübarizə aparırlar:

"Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması istiqamətində birgə addımlar atılır və bu davam etdiriləcək".

Azərbaycan daxili işlər naziri Ramil Usubov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və gələcəkdə atılacaq addımların müzakirə etmək üçün Türkiyədə olduğunu qeyd edib. 

Nazir FETÖ-çülərin Azərbaycanda təşkilatlanmasının qarşısının aldığını vurğulayıb. Ramil usubov bildirib ki bundan sonra da onlara qarşı mübarizə davam etdiriləcək

R.Usubov daha sonra ANS telekanalının bağlanmasından söz açıb: "15 iyul tarixindən sonra bir sıra qəzetlər, ANS telekanalı və digər qurumlar bu pozuculara dəstək verdiyinə görə qapadılıb. Bu işlər hazırda da davam etdirilir".

Administratorla əlaqə

077 611-55-22

[email protected]