Dünya

Abu-Dabidə göydələn yandı - VİDEO

30-08-2016, 19:50
Abu-Dabidə göydələn yandı - VİDEO

Yanğın zamanı 600 fəhlə inşaat gedən ərazidə olub.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə tikintisi davam edən bina yanıb. 

Xeberman.com xəbər verir ki, bu barədə "Khaleej Times” nəşri məlumat yayıb. 

Şahidlərin sözlərinə görə, şəhərin ticarət mərkəzlərindən birinin yaxınlığında yerləşən 27 mərtəbəli bina alışıb. Hadisə yerində yeddiyə yaxın yanğınsöndürən briqadası işləyir. 

Yanğın zamanı 600 fəhlə inşaat gedən ərazidə olub, xəsarət alanlar haqqında məlumat yoxdur.


Administratorla əlaqə

077 611-55-22

[email protected]