İqtisadiyyat

“Azərsun Holdinq” də qiymətləri qaldıracaq - Yaxın günlərdə

29-08-2016, 19:04
"Azərsun Holdinq” yaxın günlərdə satdığı ərzaq məhsullarının qiymətini qaldıracaq 

Bu barədə moderator.az-a qurumda ekspeditor kimi fəaliyyət göstərən şəxs məlumat verib. Məlumat verən şəxsin sözlərinə görə, buna səbəb dolların satışının dayanması, eyni zamnda da bu valyutanın bahalaşmasıdır. Belə ki, şirkət xaricdən aldığı məhsulları və onları hazırlamaq üçün vasitələri artıq baha qiymətə almağa başlayacaq. Buna görə də qurum məcburiyyətdən bu addımı atmalı olacaq.

Mənbənin sözlərinə görə, qiymət artımını təkcə Azərsun deyil, bütün firmalar həyata keçirəcək. Hətta yerli istehsalla məşğul olan şirkətlər də.

Administratorla əlaqə

077 611-55-22

[email protected]