İqtisadiyyat

BANKLAR DOLLAR SATIŞINI DAYANDIRDI! - Nə baş verir?

17-08-2016, 22:14

Bu gün günorta saatlarından başlayaraq, əksər banklar dollar satışını məhdudlaşdırıb. Bəziləri isə ümumiyyətlə dayandırıb. Bu barədə AzPolitika.info-ya müxtəlif mənbələrdən məlumat daxil olub. Araşdırma zamanı bu məlumatlar öz təsdiqini tapıb.

Çox böyük ehtimalla, bu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə keçirdiyi görüşlə bağlıdır.

Məlumata görə, bugünkü görüşdə bank sektorundakı hazırkı vəziyyət müzakirə edilib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə baş tutan toplantı mətbuat üçün qapalı olub. Müzakirələrin detalları ilə bağlı bir qədər sonra MBNP-nin açıqlama yayacağı gözlənilir.

Bu görüşdən dərhal sonra bankların dollar satışını dayandırması düşündürücüdür. NƏ BAŞ VERİR?

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]