İdman

Rio-2016: Azərbaycanı təmsil edən avarçəkən cütlük sonuncu yeri tutub

12-08-2016, 02:58
Azərbaycanı Rio Olimpiadasında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov – Boris Yotov dueti son yürüşlərinə çıxıblar. 

Xeberman.com  saytının məlumatına görə, yarımfinal mərhələsində uğursuz çıxış edən milliləşdirilmiş legionerlərimiz təsəlliverici yarışa qatılıblar.
 
2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparan cütlük sonuncu - 12-ci yeri tutub. 2000 m məsafəyə yürüşdə onların rəqibləri almaniyalı Marsel Hakker - Ştefan Krüger, serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev duetləri olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]