Yaşam

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb

11-08-2016, 01:10
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb

Ölkənin cənub və şimal rayonlarında vərəm xəstəliyinə tutulma Bakı və digər mərkəzi şəhərlərə nisbətən çoxdur.

"Azərbaycanda 8 minə qədər vərəm xəstəsi qeydiyyatdadır. Onlardan 4 mindən bir qədər artığı yeni xəstədir”.

Xeberman.com xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib. 

O bildirib ki, 2015-ci ildə ölkədə 100000 nəfərə 3,8 insan vərəmə görə həyatını itirib:

"Ağciyər xəstəlikləri, əsasən, vərəm xəstəliyi iqtisadi duruma bağlı xəstəlikdir. Biz iqtisadi cəhətdən yüksək vəziyyətdə olan ölkələrə yaxınlaşdığımız üçün vərəmə xəstələnmə, vərəmdən ölüm əhali arasında azalıb”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]