İqtisadiyyat

Neft ucuzlaşdı, 7 milyard dollar zərərə düşdülər - Nəhənglərə zərbə

10-08-2016, 20:35
Neft ucuzlaşdı, 7 milyard dollar zərərə düşdülər - Nəhənglərə zərbə
Shell, ExxonMobil və Chevron aşağı neft qiymətləri səbəbindən 7 mlrd. dollar itki ilə üzləşib

Bu ilin ilk yarısında Niger çayının deltasındakı bəzi beynəlxalq və yerli neft şirkətlərinin 2,26 trln. nayra zərərləri olub.

"Report" "Nigerian nation" saytına istinadən xəbər verir ki, "Shell", "Exxon Mobil Corporation" və "Chevron Corporation" kimi beynəlxalq şirkətlər aşağı neft qiymətləri səbəbindən 7,1 mlrd. dollar itki ilə üzləşiblər.

"Oando Plc." və "Seplat Petroleum Development Company" kimi yerli şirkətlər isə neftin qiymətinin aşağı olması ilə yanaşı, hasilatın dayanmasından ilin I yarısında 43 mlrd. nayra itiriblər.

Təkcə "Royal Dutch Shell" şirkətinin açıqlamasına görə, 11 illik ən aşağı gəliri ötən rüb olub. "Chevron" ötən ilin II rübündəki 571 mln. dollar mənfəətə qarşı bu ilin müvafiq dövründə 1,5 mlrd. dollar zərər barədə məlumat yayıb.

"Exxon Mobil"in də ilin II rübündə mənfəəti 4,2 mlrd. dollardan 1,7 mlrd. dollara düşüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]