Gündəm

Azərbaycana üz tutan “ərəb turistlərin” müdhiş sirri – ŞOK İDDİA

9-08-2016, 02:11

Bakıya turist adıyla gələn iraqlılar dövlət tərəfinən inşa edilmiş evlərə yerləşdirilir.

Bakıya İraqdan gələn turistlərin bir qismi ölkədə daimi qalmaq üçün Bakı, Qəbələ, Lerik, Xaçmaz və Qubada əmlak alırlar.

24saat.org-un əldə etdiyi məlumata görə, onlar hətta Xaçmazın Palıdlı (Xraxoba) və Üryanoba, Lerikin Kirəvud, Vizəzəmin kəndlərində "Heydər Əliyev fondu” tərəfindən inşa edilmiş evlərə yerləşdirilir. Qəbələ və Bakıda isə yeni tikilən əmlaklar sürətlə alınır.

Məlumat üçün bildirək ki, Azərbaycana üz tutan "ərəb turist”lərin əksəriyyətinin Kürd mənşəli olduğu iddia olunur.

Azərbaycana İraq turistlərinin axını Türkiyədə baş verən ölkədaxili gərginliklər və çətinləşdirilən viza prosedurlarından sonra başlamışdı. Türkiyədə cari ilin aprel ayından turist sayında son 17 ilin ən pis göstəricisinin qeydə alınmasıyla yanaşı İraqdan Türkiyəyə gələn turistlərin sayında 80%  geriləmə müşahidə olunub. İraqlı turistlər alternativ olaraq Azərbaycanı seçiblər.

Azərbaycana olan turist axını əhali arasında da maraq doğurmaqdadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]