Siyasət

ƏRDOĞAN VƏ QORBAÇOV – OXŞAR MİSSİYALI, FƏRQLİ ADAMLAR (təkrar)

4-08-2016, 01:59

 ƏRDOĞAN VƏ QORBAÇOV – OXŞAR MİSSİYALI, FƏRQLİ ADAMLAR (təkrar)

Hələ illər öncədən mən bunları demişdim. İndi mediada və sosial şəbəkələrdə, müxtəlif xəbər portallarında iki cəbhəyə bölünən soydaşlardan isə  tək ricam, bəzi şeylərin fərqində olmamızın gərəkdiyini diləməkdir. Bu məsələ nə çevriliş məsələsidi, nə də Ərdoğan-Gülən davasında kimin haqlı, kimin haqsız olması heç bir önəm daşımır. Əsil məsələ Türkiyəni cümhuriyyət olmaqdan çıxarmaq və parçalayaraq, regionda ağalığı ələ keçitməklə, türk millətindən tarixi qisas almaq, revanş götürməkdi. Və nə yazıq ki, Türkiyənin bu günkü rəsmi siyasəti, bilərəkdən, ya da bilməyərəkdən bu şarlatanca missiyanın xidmətindədir.  

Ərdoğan
TSK
 

 

İndi dünya mətbuatı həm də bunu müzakirə edir, türk ordusu necə olur ki, koalisiya qüvvələrin xəbərdar etmədən Suriyaya hərbi müdaxilə edir.

 

 

Artıq neçənci gündü ki, bütün dünyanın diqqəti və gözü Türkiyəyə, daha doğrusu, Türk Silahlı Qüvvələrinin  Suriya sərhədlərindən o tərəfdə keçirdiyi irimiqyaslı hərbi əməliyyatlara yönəlib.  Indi Türkiyə, istər öz içində, istərsə də sərhədlərinə yaxın bölgələrdə yerləşən PKK və İŞID terrorçularına məxsus  görünən-görünməyən bütün hədəfləri yerlə-yeksan etməklə, yaranmış vəziyyətdən çıxış yollarını aramaqdadı. Əslində isə baş verənlər birmənalı şəkildə Ərdoğanın başlatdığı açılım (yenidənqurma) siyasətinin tam iflasa uğradığını göstərir. Olub-bitənlər isə, bu siyasətin gətirdiyi ağrılı-acılı fəsadlardan başqa bir şey deyil. Nəticələrin haraya varacağını zaman göstərəcək, amma bir neçə il davam edən açılım sürəcinin digər ciddi fəsadları da var və hətta sınırdakı hərbi əməliyyatlar uğurlu nəticələrlə başa çatsa belə, Türkiyənin iç durumu artıq çıxılmaza girmiş bir para problemlərlə qarşı-qarşıyadı. Hətta açılım sürəcinin verdiyi imkanlardan yararlanan PKK-çılar və kürd bölücüləri, bu sürəcdən öz xeyirlərinə ciddi şəkildə yararlana biliblər. Artıq PKK-nın siyasi qanadı formalaşıb və indi onlar ciddi siyasi təşkilat formasında Böyük Millət Məclisində belə öz yerlərini tutublar. Bir sözlə, hələ sorunların və çözülməsi xeyli müşkül olacaq problemlərin qarşıda olduğu heç kimə sirr deyil.
Qardaş Türkiyənin taleyi  sözün bütün mənalarında bir Allahın ümidinə, bir də türk xalqının bundan sonra göstərə biləcəyi dəyanətə bağlıdı. Sayın Ərdoğan isə, hələ də ağ at belindədi. Bu isə təhlükənin daha da böyüklüyündən, durumun isə vahimliyindən xəbər verir.
Oysa, bəndəniz "Ərdoğan açılımının(yenidənqurmasının)” haralara vara biləcəyi barəsində sürəcin lap başlanğıcında öz sözünü demiş, proqnozlarını vermişdi. Buyurun, illər öncədən yazılmış və nöqtə, vergülünə belə toxunmadığım bu yazını diqqətlə oxuyun.

Sərdar ƏLİBƏYLİ

SƏRDAR-000001AÇILIMIN İLK BAXIŞDAN SÜLHSEVƏR GÖRÜNƏN ŞÜAR VƏ ÇAĞRILARI AYSBERQİN GÖRÜNƏN TƏRƏFİDİ

Qorbaçovun əski Sovetlərdə yapdıqlarını Ərdoğan birəbir Türkiyədə yapmaqdadı

Türkiyədə adını "açılım” qoysalar da, Ərdoğan tərəfindən bir "yenidənqurma” siyasətinə start verilib

Bu "açılım”la Türkiyəyə "Kürdüstan” adlı "Qarabağ” problemi hazırlanır

SON SÖZÜ HƏR ZAMAN OLDUĞU KİMİ, BU DƏFƏ DƏ TÜRK XALQI DEYƏCƏK


Qorbaçov-1Ərdoğan-1Türkiyə Cumhuriyyətində son həftələrdə baş alıb gedən proseslər, nə cəmiyyətin özündə, nə də siyasi çevrələrdə birmənalı qarşılanmır və getdikcə dönməz hal alan bu proseslər, qardaş ölkədəki gərilim şkalasını daşıracaq hala gətirməkdədi. Birilərinin "demokratik açılım”, digərlərinin isə "kürd açılımı” adlandırdıqları və Türkiyə hökuməti tərəfindən başladılan bu "açılım” planının özündə nəyi və nələri ehtiva etdiyi, nələrin hədəfləndiyi, nələrin istənildiyi barəsində konkret bilgilərin olmaması isə ortamı bir az da gərib və yaranmış durum kritik həddə çox yaxındı. Artıq Türkiyədə müxalif yönümlü siyasi xadimlərin və hökumət yetkililərinin qarşılıqlı ittihamları, bütün siyasi-diplomatik sərhədləri çoxdan arxada qoyub və hələlik siyasilər səviyyəsində əsl söz "müharibəsi” gedir. Ictimaiyyətin və geniş xaıq kütlələrinin baş verənlərdən və bu "müharibənin” əsl səbəblərindən  bilgisizliyi fonunda cərəyan edən proseslərin hansı nəticələrə varacağı barəsində proqnozlar müxtəlif olsa da, sonucların nə olacağını indidən söyləmək olduqca çətindi. Türkiyə Cumhuriyyətinə "açılım” adı ilə sırınan bu bölücülük palnlarının pərdəarxası yönlərindən bir an öncə xəbərdar olmaq, Türkiyənin gələcək taleyinə biganə olmayan hər kəs üçün təbii ki, maraqlıdı. Vəziyyət həqiqətən də kritik, durum isə düşünüldüyündən, göründüyündən və maraqlı tərəflərin təqdim etdiyindən daha vahimdi. Açığı, təəssüf ki, qardaş Türkiyədə bu gün yaşanan proseslərin hər hansı şəkildə yaxşı yönlərindən danışmaq mümkün deyil və bu olanlar da gələcək üçün yaxşı heç nə vəd etmir. Indi Türkiyədə barəsində çox danışılan və adına gah "demokratik açılım”, gah da "kürd açılımı” deyilən proseslər, nə bu günün, nə də dünənin məsələsi deyil. Əslində AKP iqtidarının son illərdə Türkiyədə yürütdüyü anticümhuriyyət və antiatatürklüyü aydın sezilən  antimilli və antitürk siyasəti özünün növbəti mərhələsinə keçib və düşünürəm ki, bu da son deyil. Biz zaman-zaman AKP iqtidarının siyasətinə münasibət bildirmiş, bəzi bədbin proqnozlarımızı da hələ xeyli əvvəldən dilə gətirmişdik. Çox təəssüflər olsun ki, bu proqnozların hamısı birər-birər özünü doğruldur və Türkiyəni addım-addım Atatürkün yaratdığı Türkiyə Cumhuriyyəti olmaqdan çıxarıb, tamam başqa istiqamətə aparmaqdadılar. Indiki "açılım” məsələsi də həmin addımların ən qorxunc və ən təhlükəli gedişlərindən biridi. Bu məsələnin təhlükəliliyi həm də ondan doğur ki, sonucda bu açılım Türkiyədə etnik hissiyyatları atəşləyib işləri çıxılmaz problem halına gətirə bilər. Bunun isə nə demək olduğunu keçmiş Sovetlərin və məxsusən də Azərbaycanın timsalında bizlər illərdi ki, görməkdə və yaşamaqdayıq. Başqa sözlə, bu "açılım”la Türkiyəyə "Kürdüstan”adlı "Qarabağ” problemi hazırlayırlar.  İşlərin son vaxtlar bir az da sürətləndirilməsi, yaxınlaşan seçkilərədək prosesləri dönməz hala gətirmək istəyindən qaynaqlanır.

Bu arada bəzi müşahidəçilər Ərdoğanı Qorbaçovla müqayisə edir və onların təkcə özlərinin deyil, siyasi missiyalarının da oxşar cəhətlərindən danışırlar. Həqiqətən də belə bir müqayisə aparmaqla, bu iki siyasətçi və dövlət xadiminin doğrudan da eyni mərkəz tərəfindən idarə olunduğunu iddia etmək mümkündür. Özü də burada söhbət hansısa şəxsi məna daşıyan müqayisədən getmir və həqiqətən də, 1980-ci illərin sonu – 90-cı illərin əvvəlində Qorbaçovun əski Sovetlər Birliyi üçün yapdıqlarını, hakimiyyətə gəldiyi gündən bəri Ərdoğan birəbir Türkiyədə yapmaqdadır. Qorbaçovun siyasəti nəticə etibarilə Sovetlər Birliyi kimi super bir dövlətin parçalanaraq tarixin arxivinə qovuşmasını saxladı. Ərdoğan və AKP iqtidarının siyasəti də Türkiyə üçün əski Sovetlərin taleyini hazırlamaqla məşğuldur. O zaman Sovetlərdə və indi Türkiyədə cərəyan edən proseslər bir almanın iki üzü kimi, bir-birinə o qədər bənzəyir ki, bunu ancaq olub-bitənlərdə maraqlı olanlar görməzlikdən gələ və siyasətən kor olanlar görməyə bilərlər. Bu iki şəxsin özlərinin də, izlədikləri siyasətin də oxşar cəhətləri o qədər çoxdu ki, bütün bunların sadəcə bir təsadüf olduğunu söyləmək sadəlövhlük olardı. Hər iki ölkə insanlarının öyrəşdiyi ənənəvi, bir az yaşlı, bir az da ağır və konservativ baxışlı liderlərdən fərqli olaraq, nisbətən gənc, hərəkətli və dinamik siyasətçi təsiri bağışlamaqla da, bu şəxslər bir-birinə qədərindən artıq oxşayır, bir-birini təkrarlayırlar. Ayrıca Qorbaçovun da, Ərdoğanın da istənilən ən aqressiv auditoriyanı belə ram edə biləcək fenominal natiqlik qabiliyyətinə, ritorik imkanlara sahib olmaları da, bu şəxslərin eyni mərkəzdə hazırlanmasalar belə, eyni mərkəzin seçimi, eyni mərkəzdən yönəldildikləri təəssüratlarını yaradır. Onların dövlət və hökumət başçısı kimi yürütdükləri siyasi xəttin genəl təhlili də eyni qənaətləri yaradır. Baxın, hər iki liderin hakimiyyətə sahibləndikləri gündən əsas məqsədləri nələrə hesablanıb? Ilk növbədə həm hakimiyyətin öz içində olan nüfuzlu dövlət xadimlərinin, həm də dövlətçiliyin və mövcud sistemin yaşamasını istəyən digər güclərin siyasi-iqtisadi-hərbi dayaqlarına öldürücü zərbələr endirməklə, bu dayaqları mümkün olduğu qədər zəiflətmək xətti çox aydın şəkildə ortadadı. Buradakı fərqli cəhətlər isə, yalnız əski Sovetlərlə indiki Türkiyə Cumhuriyyətinin yönətilməsindəki sistem ayriliqları ilə bağlıdır. Ancaq aparılan siyasət və alınan hədəflər bütün halları ilə bir-birinin tamı-tamına təkrarıdı. Qorbaçovun özünü hakimiyyətə gətirən Politbüroda apardığı təmizləmələri və ölkənin iqtisadi-siyasi sahələrində söz sahibi olan qüvvələri necə ustalıqla oyundan kənar vəziyyətə gətirə bildiyini, əski Sovetlərin bütün vətəndaşları çox yaxşı xatırlayırlar. Ərdoğanın "Ergenokon” "Balyoz” və digər adlar altında reallaşdırıb həyata keçirə bildiyi əməliyyatlar da, mahiyyət etibarilə, Qorbaçovun etdiklərini təkrarından savayı bir şey deyil. Nəticədə Sovetlər Birliyinin parçalanmasının son mərhələsi olan və ilk baxışdan çox cəlbedici təəssüratlar yaradan "yenidənqurma” siyasəti ortalığa atıldı. Türkiyədə də bu gün adını "açılım” qoysalar da, Ərdoğan tərəfindən bir "yenidənqurma” siyasətinə start verilib. Hədəf isə həmin hədəfdir. O yenidənqurmanın zamanında qarşısı alına bilmədi deyə, Sovetlər Birliyi adlı dövlət dünya xəritəsindən silindi. Bu "yenidənqurma”nın da  qarşısını almağa yönələn hərəkətlər nəticəsiz qalacaqsa, Türkiyəni də eyni aqibətin gözləməsi qaçılmaz olacaq.  Fikir verin, Qorbaçov da proseslərin başlanğıcında "biz ölkəmizə daha çox demokratiya, daha çox huzur, daha çox firavanlıq, daha çox qanunçuluq və hüquq gətirəcəyik” deyirdi, indi birəbir eyni sözləri Ərdoğan da deyir.

Bu, o zaman da mövcud olan dövlətin yaşamasını saxlayan ənənənlərə zidd idi, indi də cumhuriyyətin yaranışından bəri formalaşmış ənənələri ayaqaltı edir. Ortaya atılan iddia və şüarlar isə, əslində bu gün dövləti idarə edənlərin, indiyə qədərki dövlət yapısının və idarəetməsinin yanlış olduğunu etiraf etmələri anlamını daşıyır ki, bunun da nə qədər xətalı bir şey olduğunu hər kəs anladığında, artıq bir şeyləri düzəltmək gec, bəlkə də mümkünsüz olacaq. Nə yazıq ki, hələlik gedən proseslərin qarşısının alına biləcyinə dəlalət edən hərəkətlər yoxdu və sadəcə siyasi müxalifətin cabaları bunun üçün yetərli deyil kimi görünür mənəş

erdogan-öcalankck-pul66qm

Bu günkü kürd mitinqlərinin şüar və cağrıları da, Qorbaçov yenidənqurmasının ilkin nəticəsi kimi ortaya çıxmış Qarabağdakı erməni mitinqlərinin şüar və çağrıları ilə tam üst-üstə düşür. Hələlik kifayət qədər ehtiyatlı və sülhpərvər görünən şüarların arxasınca nələrin gələcəyini biz zamanında gördük. Yəni, regionda iqtisadi gerilimin olması, bir para kültürəl problemlər, dil məsələsi və s. kimi ilk baxışdan o qədər də anormal görünməyən şüar və çağrılar, əslində aysberqin görünən tərəfləridi və insanların maneəsiz , qorxu xofu olmadan meydanlara cəlb oluna bilməsinə hesablanıb.  Görünməyən tərəfdə isə, "Kürdüstana azadlıq!”, "Yaşasın müstəqil Kürdüstan!”, "İşğalçı türk əsgəri, Kürdüstanı tərk et!”,  "Abdullah Öcalana azadlıq!”, "PKK bir milli azadlıq  təşkilatıdır!” və s. kimi müdhiş şüar və çağrılar var ki, onların ortaya atılmasından sonra, milyonların toplaşdığı meydanları coşmuş kütlələrdən təmizləyərək, indi tez-tez təkrar edilən unitar dövlət yapısına zəmanət verə bilmək, o qədər də asan olmayacaq. Həm də o zaman hələlik bir qədər kənarda kimi görünən və bəzi hallarda isə, özlərini Türkiyə dövlətinin müttəfiqi kimi göstərməyə çalışan, bir sıra beynəlxalq güclərin, superdövlətlərin də qarşı tərəfin yanında olacağı şübhə belə doğurmur. Azərbaycan bunu Qarabağ məsələsində çox bariz formada görüb və anadolulu qardaşlarımızın bütün bunların indidən fərqində olmaları gərəkir. Əks təqdirdə, ən yaxşı halda , qardaş Türkiyə dövlətinin də, xalqının da bizim taleyimizi təkrar etmələri qaçılmaz olacaq. Yəni baş verənlərin, əslində beynəlxalq güclərin və superdövlətlərin diqtəsi və iradəsi altında olduğunu söyləməmək mümkün deyil. Kəsinliklə bu belədir və heç şübhəsiz ki, Yaxın və Orta Şərqi bütünlüklə öz iradəsinə tabe etdirib sivil sömürgəçilik siyasətini həyata keçirmək istəyən qərbli beynəlxalq güclər, bu coğrafi məkanda Türkiyə kimi güclü və inkişaf edən bir dövlətin varlığından narahat olmaya bilməzdilər. İndinin özündə də bu məsələlər çeşidli yönlərdən müzakirə olunsa da, əsl həqiqətlər ortaya çıxdığında, hamı nələrin və niyə baş verdiyini bütün çılpaqlığı ilə görəcək. Ancaq o zaman arxadan atılan daşlar, ən yaxşı halda topuqlara dəyəcək ki, bunun da işə yaramayacağı indidən bəllidi.

Indi bunlar ortaya üst kimlik, alt kimlik kimi məsələlər atmaqla, guya ölkə vətəndaşlarının  daha sivil hüquqlara sahiblənə bilmələrini saxlamaq  istədiklərini bəyan edirlər. Bununla yanaşı isə, Anayasadan türk məsələsini dışlamaqla bağlı təkliflərin meydana gəlməsinin haralara hesablandığı və sonucda nələrin istənildiyinə açıq şəkildə işarə vurmaqdadı. Məsələn, nədənsə, tutaq ki, bir kürd və ya erməni ABŞ-ın, yaxud yaxud Fransanın təbəəliyini qəbul etdiyində, onlardan, özünü kürd, erməni əsilli amerikan, yaxud fransız olmasını istəyən sivil qərblilər, bu şəxslərin Türkiyədə, Azərbaycanda alt, üst kimliyə sahib olmalarını  istəyirlər. Əgər burada ayrı məqsədlər güdülmürsə, o zaman niyə, məsələn kürdlər və ya ermənilər Türkiyədə kürd  və ya erməni əsilli türk olmasınlar? ABŞ-ın özünün də, dünyanın ən çoxmillətli ölkələrindən biri olduğu kimsəyə sirr deyil, ancaq bütün dünyaya demokratiya dərsi verən bu dövlət nədənsə öz vətəndaşlarına milliyyətinə görə nə alt, nə də üst kimlik verməyi düşünmür. Və yaxud da, Fransanı götürək, burada da ölkə vətəndaşlarının az qala yarısını Afrika mənşəli fransızlar, yəni zəncilər təşkil etsə də, nədənsə, burada da zənci kimliyini tanıyıb, bu səpkili kimliklər verməyə tələsmirlər. Ancaq elə ki, iş Türkiyənin və ya Azərbaycanın üzərinə gəlir, qərb ölkələrinin hər biri öz maraqlarına uyğun olan "demokratikləşmə” istəyirlər. Türkiyənin Avropa Birliyinə alınması ilə bağlı yaradılan süni baryerlər də bu qəbildən olan ikili standartlardan qaynaqlanır. Baxın, guya indi baş verənlərdən kənarda olduğu iddia olunan bu dövlətlərdən "kürd açılımı” ilə bağlı hansı təkliflər gəlir. Məsələn, deyirlər ki, məsələnin sülh yolu ilə həll edilməsi vacibdi və bunun üçün də hər iki tərəfdən silah işlədilməsinə son verilməlidir. Bu əslində dövlətin silahlı qüvvələri ilə PKK-nın terrorçu dəstələrini eyni status altında birləşdirməkdi. Ən dəhşətlisi isə odur ki, indiki Türkiyə hökuməti ilə AKP iqtidarını təmsil edənlərin heç birindən bu məsələyə adekvat cavab verilmir. Bunu bəyan edən müxalifət təmsilçilərinə isə Ərdoğanın özü başda olmaqla, bəzi rəsmilərin dilindən,  az qala "vətən xaini” damğası vurulmağa çalışılır. Terrorla mübarizə adı altında, az qala bütün dünyaya müharibə elan etmiş və bütöv ölkələri işğala məruz qoymuş ABŞ və müttəfiqləri, söhbət PKK-lı terrorçuların üzərinə gələndə, onları dövlətin rəsmi silahlı qüvvələri ilə eyni tərəzinin gözlərinə yatırırlar.

Türk siyasiTürkiyənin "kürd açılımı” ilə qarşılaşa biləcəyi sorunlar, Azərbaycana da xeyli problemlərlə yansıyacaq. Əslində Türkiyə üçün yaradılan bütün problemlərin bir ucu da Azərbaycanın zəif düşürülməsinə və qardaş ölkə tərəfindən həm maddi-mənəvi, həm də siyasi-diplomatik dəstəyin kəsilməsinə hesablanıb. Regional və beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan əlaqələri fərqli xarakter daşıyır ki, bunun da özünəməxsus səbəbləri var. Bizim bir millət, iki dövlət, iki qardaş ölkə olaraq , bütün müstəvilərdə geniş əməkdaşlığımız da, hər iki ölkənin perspektiv inkişaf mərhələlərində hər zaman qarşılıqlı yardımlaşmanı, həmçinin də bir-birinə dəstək ola bilməyi şərtləndirir ki, bundan da, istər ətraf ölkələr, istərsə də digər dövlətlər xeyli narahat olurlar. Bütün bu deyilənləri nəzərə alsaq, şübhəsiz ki, Türkiyədə olanlar, həm birbaşa, həm də dolayısı ilə Azərbaycana da yansıyacaq. Hələ bu arada "kürd açılımı” sürəcində, yenidən Türkiyə-Ermənistan arasında bir neçə ay öncə başladılan sınır məsələləri və diplomatik münasibətlər də gündəmə gətirilib. Bu da əslində Ərdoğan "yenidənqurmasının” həyata keçirilməsi müddətində Azərbaycanla Türkiyə münasibətlərinin yenidən sərinləşməsinə yol açır və qarşılıqlı yardımlaşmanın minimuma endirilməsini saxlamaq üçün edilir. Indi geniş müzakirələrə səbəb olmuş "Türkiyə-Ermənistan protokolları” da bunun sübutudur.

Bu baxımdan, Azərbaycan bütün imkanlarını səfərbər etməklə, Türkiyənin indiki durumdan minimum itkilərlə çıxmasını və qarşılıqlı münasibətlərin daha da dayanıqlı olmasına çalışmalı və strateji seçimlərdə çox diqqətli olmalıdı.

Türkiyədə bu qədər real görünən siyasi oyunların getdiyi bir zamanda, bəzi müxalifət təşkilatlarının çox aktiv müqavimət fonunda , xalqın nisbətən susqunluğunun və proseslərə müdaxiləsiz qalmasının da öz səbəbləri var. Türk xalqı hər zaman özünə və dövlətinə sonsuz güvən, böyük inam nümayiş etdirib və düşünürəm ki, bu dəfə də son sözü xalq deyəcək. Əslində, hələlik ortada bütün bu proseslərin təfərrüatlarını əks etdirən nə bir sənəd var, nə də rəsmi bir açıqlama. Hər halda, xalqın susqunluq deyil də, təmkin və səbr göstərməsi əsasən bununla bağlıdır. Ortaya rəsmi mövqelər və sənədlər, yaxud da milli mənafeləri zədələyəcək hərəkətlənmələr  çıxarsa, türk xalqı mütləq öz sözünü deyəcək. Bu səbəbdən, mən o qədər də bədbinliyə qapılmanın da tərəfdaı deyiləm. Türk xalqı tarix boyu, lazım gələndə qəhrəmanlıq, lazım gələndə isə müdriklik nümunələrini ortaya qoya bilib və Atatürkün qurduğu çağdaş Türkiyə Cumhuriyyətini bundan sonra da qoriya biləcək gücdədi. Mənim bayaqdan bəri danışdıqlarım isə xarici qüvvələrin və bu qüvvələrin istəkləri üzərinə siyasət yapmaqla, hakimiyyətinin ömrünü uzatmağa çalışan AKP və Ərdoğan iqtidarının istəklərindən doğan proqnozlardır. Amma türk xalqı faktorunu heç kim hesabdan silə bilməz və bu xalq öz sözünü mütləq deyəcək. O zaman da hər kəs öz yerini, həddini biləcək və bəzilərinin də öz boyundan hündürə tullanmaq həvəsi qalmayacaq. Kimin kim olduğu  və kimlərin nə istədiyi , yalnız türk xalqı səhnəyə çıxandan sonra bilinər və bu xalq mütləq hər kəsi öz yerinə oturtmağı bacaracaq. Atatürk də zamanında demişdi ki,”heç zaman millətin əfəndisi olmağa çalışmayın, xalqı özünüzə əfəndi qılın ki, o da sizi layiq olduğunuz mərtəbəyə qaldırsın”. Görünür bəziləri, hələlik sözdə Atatürkçü kimi görünməyə çalışsalar da, böyük öndərin bu vəsiyyətini unudublar və özlərini xalqın əfəndisi rolunda görürlər. Türk xalqı kimsənin əfəndiliyini qəbul etmədiyini min illər boyunca çox sübut edib və əminəm ki, bu dəfə də belə olacaq.

ƏrdoğanQorbaçovYeri gəlmişkən, bir şeyi də deyim. Hətta bütün bu məsələlərin gedişində Ərdoğan istər bir siyasət adamı, istərsə də dövlət xadimi kimi səmimi olaraq bu açılım sürəci ilə, illərə dayanan terror problemini və kürd məsələsini cözmək istəyirsə belə, gedən proseslərin özü olduqca təhlükəlidi və bu barədə onun, eləcə də bu sürəcə qoşulan hər kəsin düşünməsi vacibdi. Həm də ona görə ki, istər terroru atəşləyən PKK, istərsə də bu ad arxasında gizlənən kürd bölücü liderləri meydanda tək deyillər və həm terroru, həm də bölücülük fəaliyyətini öz iradələri və öz güclərinə söykənərək törətmirlər. Bu oyunda hələlik görünməyən daha böyük güclər aparıcılıq edir, ona görə.

Administratorla əlaqə

077 611-55-22

[email protected]