Dünya

15 iyul gecəsi Ərdoğanın təyyarəsi aeroporta necə enib...

25-07-2016, 02:51
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın 15 iyul gecəsi Dalamandan İstanbula uçması və İstanbul səmasında üsyançı əsgərlərin təyyarələri varkən Atatürk hava lımanına enməsinə dair bəzi detallar məlum olub. 

Türkiyə mediası yazır ki, 15 iyul gecəsi İstanbula gəlmək qərarı verən prezidentin təyyarəsinin endiyi aeroportun 500 metrliyindəki hərbi hava məktəbindən qalxan helikopter və qırıclar Ərdoğanın təyyarəsinin enməsinə mane ola biliərmişlər. Həmin vaxt hərbi hava məktəbində qiyamçılarla pols arasında qarşıdurma baş verib. 

Başqa bir detal isə Ərdoğanın İstanbul polisinin rəhbəri Mustafa Çalışqanı telefonla araması və ona tlimat verməsidir. Prezidentdən tapşırıq alan polis rəisi hava limanındaki xüsusi təyinatlı polis dəstəsinə, "nə olursa, olsun, qülləni qiyamçılaran alın" əmri verib və bundan sonra xüsusi tyinatlılar qülləni qiyamçı əsgərlərdən geri alıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]