Əsas Səhifə / Siyasət

Türkiyədə baş verən çevirlişə cəhd hadisəsi bütün türk dünyasını narahat edib -FOTO

20-07-2016, 16:57

"Mən son zamanlar Türkiyədə, Antalyada olmuşdum.Orda mənə qarşı,xalqımıza qarşı dəyər,izzət gördüm.Təbii ki,eyni millətik və sırf dostluq-qardaşlıq əlaqələri olan dövlət münasibətlərimiz var.Türkiyədə baş verən hər hansı sıxıntı,terror Azərbaycanda bizi narahat etməyə bilməz.Qanımız,canımız eyni olduğu kimi düşmənimiz də eynidir.Mən bilmək istəyərdim ki,o çevrilişin arxasında kimlər dururdu?Burda məqsədlər nə idi?Türkiyəyə olan sıxıntılardan çox pərişanam.Düzdü lap əvvəl belə bir qanun vardı Türkiyədə ki,parlanment ölkəni idarə edə bilməyəndə ordu hakimiyyəti ələ alır.Yendən parlament seçkilərinə gedilir.Amma bu artıq ləğv olunub.Və xalq bu hakimiyyətə səs verib.Elə isə ordunun bu baş verənləri törətməyinə nə ehtiyac var?Ordunun öz ölkəsinin vəndaşlarını öldürməyi üzün görmədiyimiz daxili düşmənlərimizi sevindirir.Biz türkləri gözü götürməyənlər çoxdur.Mən Jirinovskinin son açıqlamasına nəzər yetirmək istəyirəm.Jirnovski çox pərişan olmuşdu ki,ordu hakimiyyəti ələ ala bilmədi.Rusiya-Türkiyə əlaqələrinin bərpa olunduğu ərəfədə Jirnovski nə ixtiyar sahibidir ki,Türkiyə ünvanına təhqiramiz sözlər deyir?Məqsədi nə idi?Mən Jirnovskini siyasət meydanında görəndən bəri həmişə Azərbaycana,Türkiyəyə,Qafqaz xalqlarına qarşı sərt fikirlər səsləndirib.Onun danışıqlarında ancaq ölüm,terror,məhv etmək.Görəsən nə vaxtacan bu belə danışacaq?Niyə bununla Rusiya təhlükəsizlik orqanları məşğul olmur.Və niyə bu "hürən itə" qadağa qoyulmur?Ona hürməmək əmri çoxdan verilməlidir.Gəlin reallığa fikir verək.Bizim ruslarla heç zaman pis əlaqəmiz olmayıb.Amma Rusiyada həmişə qüvvələr olub ki,Azərbaycanı daim müstəmləkədə saxlasın.Ermənistanla Azərbaycanı müqayisəyə gətirirəm.Sovet dönəminə baxaq.Mən həm İrəvanda,həm də Basarkeçək rayonunda olmuşdum.rmənilərdən nəsə rusca soruşanda onlar etiraz edirdilər ki,öz dilində danış rus dilində biz danışmırıq.Özlərinə düşmən bildikləri türklərin dilində danışmağa heç nə demirdilər.Amam rusca danışanda icazə vermirdilər.Statistik rəqəm desinlər.Nə qədər rus ailəsi Ermənistanda nə qədəri Azərbaycanda yaşayır.Cavab verə bilməzlər.Çünki ruslardan ibarət Ermənistanda kimsə yaşamır.Azərbaycan-Rusiya-Türkiyə dostluq əlaqələri qurulsa çox böyük nailiyyətlər olar.Qarabağ münaqişəsi də həll oluna bilər.Azərbaycanlılarla rusların qohumluğu daha çox olub nəinki ermənilərlə.İndi bizdən olanlar bizi bəyənmirlər?

Mətbuatdan oxudum ki,qiyamda ələ keçirilən əsgərlərə amansız hərəkətlər olub.Belə bilirik ki,komandir yeriz qərar da versə əsgər onu yerinə yetirməyə borcludur.Əsgərdi yəni,komandanın sözündən necə çıxa bilər?Əsgər də cəza ala bilər.Ancaq daha komandan kimi deyil.Edam qərarını isə yaxşı hesab etmirəm.Əsgər düşmənə qarşı vuruşanda qəhrəman oldu,amma qiyamçının əmrini məcburi halda yerinə yetirəndə edam olunmalıdır?Hansı ki,bu əsgər PKK-ya qarşı vuruşur.Demək ki,edam qərarında maraqlı qüvvələr var.Əsgərə qarşı böyük sıxıntı yaratmasınlar.Mən bunu xahiş edərdim.Komandanlıq,onların rəhbəri cəza çəkməlidir.Qiyam anında həlak olan ailələri özümə doğma bilirəm.Onlar üçün çox narahatam.Amma yenə də gərək əsgərlərə cəza məsələsində ehtiyatlı davransınlar.Mən belə düşünürəm ki,onlara verilən əmri düzgün anlamayıblar.Yoxsa ki,onlar öz doğma xalqına sıxıntı yaratmazdı.Bu hadisədə dövləti,xalqı dəstəkləyirəm.Terrora qiyama yox deyirəm".

 

 

Mehman Nəbiyev

Administratorla əlaqə

077 611-55-22

[email protected]