Kriminal

Respublika Kliniki Xəstəxanasının həyətində bıçaqlanma hadisəsi olub

18-07-2016, 14:23
Bakıda xəstəxanalardan birinin həyətində bıçaqlanma hadisəsi olub.

Yasamal rayonunun M.Həsənov küçəsi, 1 ünvanında yerləşən akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində 2003-cü il təvəllüdlü Talıblı Vasif Sumqayıt şəhər sakini 1999-cu il təvəllüdlü Kənan Xurşudova döş nahiyəsindən iki bıçaq zərbəsi vurub.

K.Xurşudov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]