Ölkə
Nazirlər Kabineti qaçqınlarla bağlı güzəştləri ləğv etdi
16-07-2016, 02:22
Politika.Az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 127 nömrəli qərarının 12-ci hissəsi - şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə 1996/97-ci ilin payız-qış mövsümündə çadır şəhərciklərində məskunlaşmış qaçqın və köçkün ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün lazım olan bütün tədbirlərin görülməsi, Dövlət Neft Şirkəti, «Azərbmeşə» İstehsalat Birliyi şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə payız-qış mövsümündə çadır şəhərciklərində məskunlaşmış qaçqın və köçkün ailələrini müəyyən edilmiş miqdarda ağ neft, soba yanacağı və odunla təmin edilməsi ləğv edilib.
Qərar imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, Azərbaycanda çadır şəhərcikləri 2007-ci ildə ləğv edilib.