Ölkə

Bakıya gətirilən lüks maşınlar küçədən yığılırmış

8-07-2016, 23:26
Bakıya gətirilən lüks maşınlar küçədən yığılırmış

Dünyanın ən zəngin şəhərlərindən biri olan Dubayda parklarda, küçələrdə  olduqca lüks olan "Ferrari" və "Porşe" kimi avtomobil modellərini sahibləri tərk edir.

 

Xeberman.com Avropa.info istinadən  xəbər verir ki, Dubayda benzin qiymətləri olduqca aşağıdır, iqtisadiyyatı da kifayət qədər yaxşıdır. Ancaq küçələrdə dayanan tozlu lüks avtomobillər var. Dubayın tozlu hava şəraitinə təslim olan və aylarla kimsənin mühərrikini işə salmadığı bu avtomobillər hansı səbəblə tərk edilir?

 

Bu lüks avtomobillərin sahiblərinin maşınlarını parklarda qoyub getmələrinin ən mühüm səbəbi isə borclarını ödəyə bilməmələridir. Birləşmiş Ərəb Əmirliklərində kredit kartı ilə kreditini ödəyə bilməyən insanlar üçün maşının borcunu ödəməyə yönəlik bir qanun yoxdur. Ölkədə iflasdan qoruma  kimi bir qanun olmadığından borcunu ödəməyən birbaşa həbs cəzası ilə üzləşir.

 

Maraqlısı odur ki, bu avtomobillər aylarla küçələrdə, parklarda qalandan sonra müxtəlif ölkələrdən, eləcə də Azərbaycandan olan avtomobil alverçiləri onları ucuz qiymətə əldə edib baha qiymətə öz ölkələrində satırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]