Gündəm

Alov qüllələri massonların başındakı üç buynuzun simvoludur? - İDDİA

2-07-2016, 15:40
Xeberman.com Politika.Az istinadən  xəbər verir ki, Dünya mason lojalarının rəhbərləri bugünlərdə Bakıda toplantı keçiriblər

Onların burada hansı məsələləri müzakirə etmələri cəmiyyət üçün maraqlı olsa da, təşkilatın quruluşu həddən artıq qapalı olduğundan, bu barədə dəqiq informasiya almaq mümkün olmamışdır. Əməkdaşımız bu və digər suallarla bağlı tədqiqatçı-yazıçı Paşa Yaquba müraciət edib. 

Yazıçının fikirləri həmişəki kimi orjinal oldu:

-Heç kəsə sirr deyildir ki, bu gün Azərbaycan da daxil, demək olar bütün dövlətlər ya birbaşa, ya da dolayısı ilə masonlar tərəfindən yönləndirilir. Dünyanı əslində mafiyalar idarə edirlər; olkələrdəki hakimiyyətlər hər biri bu mafiya zəncirinin bir həlqəsidir. Hətda mafiya (mason) zəncirinin qolları Dünya səviyyəli beynəlxalq təşkilatlara qədər gedib çıxır. Ona görə də Azərbaycan kimi xırda dövlətlər bu mafiyanın qoyduğu planları ödəməkdan yayınmaq istədikdə Beynəlxalq təşkilatlar buradakı insan haqları pozuntularını, korrupsiyanı, seçki saxtakarlığını yada salan bəyanatlar verirlər və vəzifəli şəxslərə sanksiya tətbiq edəcəkləri ilə hədələyirlər. Bu o deməkdir ki, kvartalın sonudur, haqqımızı gətirin. Bundan sonra 3-4 ay sakitlik olur. 
Bu gün Bakıda hər addımda mason simvollarına rast gəlmək olur. Metro stansiyaları, parklardakı gül əkmək üçün düzəldilən çalalar belə yuxarıdan baxanda mason simvolunu xatırladır. Hətda, bu gün Bakının simvoluna çevrilən alov qüllələrini belə şeytanın buynuzu ilə yanaşı qoyanda oxşarlıq açıq-aşkar görünür (bax: aşağıdakı şəkillərə)

Bütün bunlar sübut edir ki, Azərbaycan və onun paytaxtı masonların tam nəzarətindədir və bütün layihələrin memarı onlardır. 

-Masonların fəaliyyəti təkcə tikintilərlə bitir, yoxsa başqa sahələri də əhatə edir?

-Onlar ən böyük zərbəni xalqın mənəviyyatına, əxlaqına vururlar. Bunu da KİV vasitəsi ilə həyata keçirirlər. Belə ki, televiziyalarda, qəzetlərdə, saytlarda əxlaqsız müğənniləri və s. bu qəbildən olanları önə çıxararaq, insanların gözünə soxmaqla, pozğunluğu təbliğ edən serial və filimləri nümayiş etdirməklə, insanların tərbiyəsinə, əxlaqına sağalmaz yaralar vururlar. Əxlaqı pozuq insanlar isə, o qədər cılızlaşar ki, öz dəyər-qiymətni bilməz və heç vaxt böyük ideyalar, amallar, bəşəri dəyərlər uğrunda mübarizə aparmazlar. Belə insanlar özlərini çox ucuz satarlar ki, bu da masonlara sərf edən bir vəziyyətdir. Bütün bunlara görə bu gün Azərbaycanda əxlaq faciəsi hökm sürür...

-Masonların təsiri təkcə hakimiyyət üzərindədirmi?

- Ən acınacaqlı hal odur ki, Azərbaycanda həm hakimiyyəti, həm də müxalifəti masonlar idarə edirlər. 

-Bunu o qurumların özləri bilirlərmi?

-Dövlət rəhbərləri və partiya rəhbərləri özlərinin masonlar tərəfindən yönləndirildiklərini biirlər, amma, qarşı tərəfin də eyni qurum tərəfindən idarə olunduğunu bilmirlər. Çünki, kuratorlar başqa-başqadır. Belə ki, hakimiyyəti idarə edən mason kuratorunun dərəcəsi müxalifəti yönləndirən kuratorun dərəcəsindən biraz üstündür. Fərq yalnız bundadır. 

-Sözünüzdən belə çıxır ki, Azərbaycanda xalq hərəkatını masonlar yaradıblar?

-Xeyr, əsla belə deyildir! Xalq hərəkatı Azərbaycan tarixinin qızıl dövrüdür. Mən də bu hərəkatda olmuşam və bununla fəxr edirəm. Bu hərəkat insanların deyil, Allahın iradəsi ilə yarandı və nəhayət uzun fasilədən sonra 90-cı ilin əvvəllərində Azərbaycanda həqq-ədalət qələbə çaldı. Təssüf ki, cəmiyyətmiz bu neməti yetərincə dərk edə və dəyərləndirə bilmədiklərinə, bu nemətə layiq olmadıqlarına görə Allah-təala verdiyi neməti onlardan aldı və layiq olduqlarını, haqq etdiklərini verdi. Beləliklə də keçən əsrin sonlarında Azərbaycanda yaranan xalq hərəkatı artıq öz missiyasını başa vurmuş oldu. 

-Həmin hərəkat və onun bugünkü liderləri təkrar hakimiyyətə gələ bilərlərmi?

-Əgər bu gün Dünyada 90-cı illərdəki abu-hava olsaydı, əlbətdə gələ bilərdilər. Təssüf ki, dövr o dövr deyil və dünyanın bəşəri dəyərlərə, demokratiyaya baxışları 180 dərəcə dəyişib. Yəni, Dünyanı yönləndirən mafiyalar (masonlar) demokratiyanı, haqq-ədaləti ancaq avropalılar üçün nəzərdə tutublar. Onlar Azərbaycana və digər müsəlman dövlətlrinə ancaq xammal bazası kimi baxırlar. Ona görə də bu cür dövlətlərə sözəbaxan, özlərinə tabe olan rəhbərlər təyin edib, onların əli ilə sərvətləri talamaqla məşğuldurlar. 

Taladıqları haram sərvətlərdən kiçik bir hissəni də həmin dövlətlərin siyasi cəhətdən fəal kəsiminə qrant adı ilə ötürürlər ki, onlar səslərini kəssinlər və xalq üçün yalançı bir ümid yerinə çevrilsinlər. Siyasi partiyaların qorunub saxlanması ölkədə yalaçı bir demokratiya imici yaradır. Həm də xalqın fəal hissəsi başqa ideyalar (İslam və s.) ətrafında birləşməyə meyl etmirlər. Hamı ümidin siyasi təşkilatlara bağlayır. Beləliklə, millətin ümidlərini də nəzarət altında saxlayırlar. 
Onu da deyim ki, siyasi partiyalara qrant ayıran fondların bəzilərinin rəhbərləri Dünyada qadın ticarətinə rəhbərlik edirlər. Belə çirkli pulların bir hissəsini də Azərbaycandakı siyasi hərəkatlara ötürdüklərinə görə buradakı xalq hərəkatı haramlaşdı, çirkaba bulaşdı. Masonlar bunu qəsdən etdilər. Çünki, onlar bilirlər ki, müqəddəs ideyaların qarşısını almağın əsas yolu onu haramlaşdırmaq, çirkaba batırmaqdır. 
Ona görə də son dövrlər aparılan mübarizələr heç bir effekt vermir.

-Mübarizədən söz düşmüşkən, insanlarımız haqq-ədalət uğrunda kifayət qədər gərgin mübarizə aparsalar da, haqqa çata bilmirlər...

-Çünki, haqqı tələb edənlər özləri Haqqa boyun əymirlər. Haqlarını tələb edərkən, özləri kiminsə haqqını tapdalayırlar. Ona görə də Haqqa çata bilmirlər.
Bilməliyik ki, özündən aşağıya zülm edən insan mütləq özündən yuxarının zülmünə məruz qalacaqdır. Biz əməllərimizin əsiriyik öz əxlaqımız (daha doğrusu əxlaqsızlığımız), günah əməllərimizlə bugünkü zülmü haqq etmişik. 

-Çıxış yolunu nədə görürsüz?

-Bizdən əvvəl yaşamış din böyükləri, Allah dostları insanlara məsləhət görmüşlər ki, əgər rəhbərinizin dəyişməsini istəyirsinizsə, birinci növbədə özünüzdən başlayın. Özünüzü (əməl və əxlaqınızı) dəyişə bilsəniz Allah sizin rəhbərinizi dəyişəcəkdir.
Dəyişə bilməsək mübarizə heç bir nəticə verməyəcəkdir – indiki kimi. 
Bilməliyik ki, bu gün çəkdiyimiz zülümlər, məruz qaldığımız haqsızlıqlar bizim günahlarımızın nəticəsidir. Bundan xilas olmaq üçün birinci növbədə tövbə edib günahlarımızdan xilas olmalıyıq. Belə etsək Allah bizi masonların və onların əlaltılarının zülmündən xilas edəcəkdir. Necə ki, Musanın qövmünü Firoonun, İbrahimi Nəmrudun zülmündən xilas etdi....

Administratorla əlaqə

077 611-55-22

[email protected]