İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalacaq?

1-07-2016, 20:18
Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalacaq?

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları may ayında 0,4 milyon dollar azalıb. Bu isə böyük rəqəm deyil. Hətta son aylarında AMB-nin valyuta ehtiyatlarında artım müşahidə edilirdi. Artım isə onunla bağlı idi ki, AMB valyuta hərracında iştirak edirdi.

Neft Fondu hərraca 50 milyon dollar çıxarırdı. Onun bir hissəsini banklar, digər hissəsini isə AMB alırdı. İyun ayında AMB valyuta hərracında iştirak etməyib.

Deməli, valyuta azalıb. Ona görə də artım baş verməyib, əvəzində azalma olub. Düşünürəm ki, azalmanın başqa bir səbəbi Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə (Brexit) bağlı olub. Bu isə funt sterlinq və avronun ucuzlaşmasına səbəb olub.  

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyevdeyib.

Ekspert əlavə edib ki, valyuta ehtiyatlarının gələcəkdə artıb və ya azalması AMB-nin siyasətindən asılı olacaq:

"Mərkəzi Bank manatın ucuzlaşmasının qarşısını almaq üçün öz valyuta ehtiyatından xərcləyərsə, bu halda azalma olacaq, əgər ehtiyatlara toxunmasa, manatın ucuzlaşmasına şərait yaratsa, bu halda valyuta ehtiyatlarının həcmini qoruyacaq”.

S.Əliyev deyib ki, yaxın dövrdə ehtiyatların kəskin artacağı və ya azalacağı gözlənilmir:

"İstər iyul, istərsə də avqust ayında ehtiyatların ciddi azalacağını gözləmirəm. Hətta ola bilər ki, iyulda ehtiyatlar cüzi də olsa artsın. İstər artım, istərsə də azalma olacaqsa, bu, cüzi olacaq. Yəni, kəskin artım və ya azalma gözlənilmir”.

Qeyd edək ki, axırıncı dəfə AMB valyuta hərracında fevral ayında iştirak edib. AMB hərracda satış həyata keçirdib, amma mart, aprel, may aylarında isə sadəcə alıcı qismində iştirak edib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]