Ölkə

Rafael Ağayevə bahalı avtomobili Kəmaləddin Heydərov bağışlayıb?

11-06-2016, 22:07

Nazir maaşı isə Azərbaycanda 1500 manatdır.

Dünən mediada bir xəbər ildırım sürətilə yayıldı: 

"Tanınmış karateçi Rafael Ağayevə toy hədiyyəsi olaraq 99XM999 dövlət nömrə nişanlı son model Audi Q7 markalı avtomobil toy hədiyyəsi edilib”. Bu barədə idmançı özü də sosial şəbəkədə qeyd etsə də, hədiyyənin kim tərəfindən edildiyi gizli saxlanmışdı. Sonradan bəzi media qurumları hədiyyənin Gənclər və idman naziri Azad Rəhimov tərəfindən edildiyi barədə xəbər yaydılar. Lakin nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbərin yanlış olduğunu, nazirin belə bir hədiyyə etmədiyini açıqladı.

Bu gün Yenilik.Az-a daxil olan məlumata görə R. Ağayevə bahalı toy hədiyyəsi edən məmur Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov olub. Gün ərzində nə qədər çalışsaq da FHN-dən kimsəni tapıb bu xəbərə münasibət öyrənə bilmədik.

Qeyd edək ki, Audi Q7 avtomobilinin 2015 modeli 100 000 ABŞ dollarına satılır. Nazir maaşı isə Azərbaycanda 1500 manatdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]