Gündəm / Ölkə

İŞİD-din canlı bombası-BAKIDA

10-06-2016, 18:23
 
"Çoxlarına "ƏL-Qaidə” tərəfindən yetişdirilmiş Azərbaycan vətəndaşı Simirov Üzeyir məlum deyildir.Simirov Üzeyir iki aydır ki,Türkiyənin Qazantep şəhərində həbs edilmiş və Azərbaycana deportasiya edilib”.BuVətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda vurğulanır. Məlumatda o da qeyd edilir ki, Simirov Üzeyir Suriyaya getmək istəyərkən həbs edilib. Məlumatda iddia edilir ki, Üzeyir Simirov Bakının Qala kəndi,Ləzgi məsicidi ,Dərnəgül və digər yerlərdə hal hazırda "İŞİD”-ideologiyasını yaymaq və gəncləri cəlb etmək üçün hücrə evləri təşkil etmə mərəhləsindədir.

Məlumatda vurğulanır ki, Üzeyir Simirov Türkiyədə həbs edilməmişdən əvvəl,Türkiyədə radikal cihadistlərin lideri Abu Hanzala camaatı ilə əlaqədə olub və onun həyatı çox qaranlıqlıdır, bu şəxs Azərbaycanda ilk dəfə cihad ideologiyasını təbliğ edənlərdəndir.

"Simirov Üzeyri "Əl-Qaidənin” üçüncü şəxsi sayılan Əbu Yəhya ƏL-Libi tərəfindən hazırlanıb. Əbu Yəhya əl-Libi 1996-1999 ci ildə Azərbaycan olanda heç kim onun "Əl-Qaidə”-nin önəmli şəxsi olduğunu bilmirdi.Əbu Yəhya əl-Libi,Azərbaycana o zamanlar Mərəkeş pasportu ilə gəlmiş və o zaman Azərbaycanda fəaliyyət göstərən "Əl-Hərameyn” xeyriyyə təşkilatının Yasamal Rayonu,Alatava məhələsində yerləşdiyi ofisinin direktoru olub”-deyilən məlumatda o da vurğulanır ki,Simorov Üzeyir o zaman Əbu Yəhya əl-Libinin köməkçisi idi və Əbu Yəhya əl-Libi 1999 cu ildə Azərbaycan rayonlarından qanunsuz dini təbliğat apardığı üçün həbs edilsə də, onun əsl kim olduğu bilinməmişdir və Azərbaycandan deportasiya edilmişdir.Simorv Üzeyir amma Əbu Yəhya əl-Libinin kim olduğunu yeganə bilən şəxs olub.


Məlumatda daha sonra vurğulanır ki, 11 sentyabr hadisələrindən sonra "Əl-Harameyn” xeyriyyə təşkilatı Səudiyyə Ərəbistanı başda olmaqla bütün ölkələrdəki filialları bağladılmış və təşkilatın mərkəzi ofisinin rəhbəri Şeyh Abdurrahman əl-Aqil Səudiyyə dövləti tərəfindən həbs edilib.

Əbu Yəhya əl-Libi 2012 ci ildə Vəziristanda Amerkanlılar tərəfindən öldürülüb.Simirov Üzeyir Əbu Yəhys əl-Libi ilə birlikdə "Pankisi” dərəsində olmuş və partlayıcılardan istifadə etmək təlimlərini alıb. Redaksiyamıza daxil olan məlumatda o da vurğulanır ki, "Əl-Harameyn” xeyriyyə təşkilatı Simorov Üzeyrə Qobustanda məscid və mədrəsə tikmək üçün o zaman 1 milyon dollar maliyyə ayırmışdı.Məscid hal hazırda da qanunsuz fəaliyət göstərir və "İŞİD” –ci ideologoyasının təbliğ edildiyi mərkəzlərdən biridir.Qobustanda Simirov Üzeyrin qanunsuz fəaliyət göstərdiyi məscidə ,Qaradağ rayonunda BP və Sanqaçal terminalında işləyən insanların cəlb edilməsinə çox önəm verilir.
Simorv Üzeyir çox çalışır ki,BP və Sanqaçal terminalında işləyən insanları ətrafına cəlb etsin.Buda onun pis məgsədlər güdməsinin göstəricisidir.Simorv Üzeyrin məscidləri dolaşır və didnarları "İŞİDƏ”- qatılmağa şağırır.Suriyaya "İŞİDƏ” qatılmağa getmək istəyənlər üçün bilet və yol pulu ilə təmin edir və Türkiyədə əlaqdə olduğu Əbu Hanzala camaatına göndərir.Məlumatda israrla iddia edilir ki,Simorov Üzeyrin Azərbaycanda intihar əməliyyatı təşkil edərək terror həyata keçirməsi an məsələsidir.Azərbaycan dövlətini tez bir zamanda dərhal tədbir görməyə dəvət edirik.Bundan başqa qeyd edəık ki,Əlixan Musayev adlı şəxsdə məhz bu adamın yetirməsidir və əlaqəli fəaliyyət göstərməkdədirlər.

Vətəninfo.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]