Ölkə
Sahibkar Bakı merindən şikayət edərək, - özünü yandıracağı ilə hədələdi...
31-10-2015, 18:05
Bakıda Hacıbala Abutalıbovun dükanlarını bağlatdırdığı kişi intihar edəcəyi barədə polisə məlumat verib.
Musavat.com xəbər verir ki, Bakı sakini 1973-cü il təvəllüdlü Anar Məmmədli Daxili İşlər Nazirliyinin "102 qaynar xəttinə zəng edib.
O, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus 2 ticarət köşkünün bağlandığını və buna etiraz olaraq ABŞ səfirliyi qarşısında özünü yandıracağını deyib.
Sahibkarın şikayəti ilə bağlı araşdırma aparılır.