Gündəm

"Mavi aparıcılara kişi deyib..." - Toliki özündən çıxardılar

23-05-2016, 19:02
Prodüser Tarix Əliyev( Tolik) efirdə gedən bəzi veriliş və aparıcılarını tənqid edib.

Tolik şou-biznesə aidiyyatı olmayan insanların canlı efirdə bu sahəni müzakirə etməsinə əsəbiləşib:

"Hərdən efirlərə baxıram, gülməyim yox, qusmağım gəlir. Şou-biznesdən mövzu qoyurlar, amma şou-biznes nümayəndəsindən başqa hamı var (mama-roza, çayxana işlədən, onun-bunun sumkasını daşıyan). Hər şey var, amma bir sual verən yoxdur ki, ay bədbəxt, sən heç özün həyatda varsan ki, şou-biznesdən danışırsan? Bu efirlər (bəziləri) öz (mavi aparıcılarına) kişi deyirsə elə onda düzdür, şou-biznes onlar üçün elə gördüyü insanlardır. Artıq prodüser adı elə cılızlaşıb ki, hərdən özümə prodüser deyəndə deyirəm yox hələ, Tolik kimi tanısınlar bəsdir. Əsas odur ki, hansısa klublarda qızlarla oturmuram ki, yazsınlar mənə ki, filan prodüser qızlarla oturub gör nə oyunlardan çıxır".(big.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]