Siyasət

Hakim elita Naxçıvana axışır.. – Əlavə 2 reys ayrılıb

21-05-2016, 19:24

Azərbaycanın hakim elitası – Prezident Administrasiyasının yüksək vəzifəli məmurları, nazirlər, nazir müavinləri və digərləri, bu gün günün ikinci yarısından başlayaraq, Naxçıvana uçmağa başlayıblar.

«AzPolitika.info»ya daxil olan məlumata görə, məqsəd Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun anası Minayə Talıbovanın sabahkı 40 mərasimində iştirak etməkdir.

Hüzr mərasimində iştirak etmək istəyənlərin çoxluğuna görə, bu gün Bakı-Naxçıvan reysində sıxlıq yaşanıb. Bu səbəbdən əlavə 2 reys ayrılıb. Buna baxmayaraq, yüksək vəzifəli şəxslər belə Bakı-Naxçıvan reysinə bilet almaqda çətinlik çəkiblər.

Qeyd edək ki, V.Talıbovun anası aprel ayının 12-də dünyasını dəyişib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]