Ölkə

Sinoptiklərdən xəbədarlıq – Hava şəraiti dəyişəcək

18-05-2016, 21:54

Mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun mayın 20-də  4-7 dərəcə aşağı enəcəyi gözlənilir.

"OpTime” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı,  bəzi yerlərdə  leysan xarakterli olacağı gözlənilir.

Havanın temperaturu mayın 20-də 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]