İslam

Ayətullah Behcətin oğluna yazdığı məktub: "Məbada günahkar atanı unudasan."

18-05-2016, 21:43
Ayətullah Muhəmməd Təqi Behcətin oğluna yazdığı məktub: "Bahar mehi kimi və xoş iyli güllər kimi salamı sənə təqdim edirəm.

Əziz oğlum!
Ey, bahar ümidim! Ümid edirəm ki, külək kimi axtarışda və işıq kimi zülmətləri aralayan olasan. İstəyirəm ki, dəniz olasan, köpük deyil. Pənahı olmayan çayların və yağış damcılarını öz sinəndə qərar verəsən. Öz lütfünlə hamını bəhrələndirəsən.
Dəniz kimi ol ki, batinin zahirindən yaxşıdır. Köpük kimi olma ki, zahiri bəzənmiş və batini xarabdır. Batininə riya pərdəsi çəkmişdir. Ona görə də aqibəti pisdir. Meh pərdəsini çırar, külək abırını aparar.
İstəyirəm ki, dağlardakı güllər kimi olasan. Uzaq yerlərə səpələnərlər ki, ətri ilə pərişan qəlbləri və qəmli canları sevindirsinlər. Məbada şölə kimi öz ətrafına dolanasan. Görmürsənmi ki, şölə təkəbbürü özündən uzağı və yaxını yandırar, fəzanı qaraldar.
Kamala çatmağa ən böyük maneə - günaha bulaşmaqdır. Günahdan hər nə qədər uzaq olsan, Allaha yaxın olarsan. Günahı hər nə qədər tərk etsən, Allahın rizasını daha çox cəlb edərsən.
Hər bir günah - Allaha cəsarət etməkdir. Bu qədər cəsarətə necə dözürsən? İmam Zeynəlabidinin (ə) tövbə duasını oxu. Düşün və oxu, yenə oxu. Bax gör, günah onun gözündə nə qədər əzim və böyük idi. Həzrət (ə) buyurur: "Əllərimi Sənə qarşı o qədər uzadaram ki, qollarım bədənimdən qopar. Əgər qarşında üzr istəmək üçün rükuya gedərəmsə, rükunu o qədər uzun edərəm ki, belim sınar. Əgər bir ömür boyu işlətdiyim günahlarıma görə çörək və suyun yerinə torpaq yesəm, bununla belə yenə də bir günahın bağışlanmasına layiq olmaram”.
Oğlum! Heç bir günahı işlətməyi özünə icazə vermə. İstər az olsun istərsə də çox. Hər günah - Allahla müxalifət etməkdir. İmam Əli (ə) buyurur: "Günahın ən çətini o günahdır ki, günahkar onu kiçik hesab edər”. Məgər böyük dağların kiçik daşlardan və dənizlərin yağış damcılarından əmələ gəldiyini bilmirsənmi?
İmam Musa ibni Cəfər (ə) buyurur: "Allahın qəzəbi günah arasında gizlidir. Ona görə də heç bir günaha batma. Nə bilirsən, bəlkə elə həmin günah Allah qəzəbinin pusqusudur. Sən ona bataraq, Allahın qəzəbinə düçar olarsan”.
Hər bir halda mərdliklə çalış və hər bir halda: mühakimə, tövbə, istiğfarla günah və qəfləti qəlb aynandan yuyub apar. Məbada günahkar atanı unudasan. Səni Allaha tapşırıram”.

(Tebyan/ Deyerler.org)
Ayətullah Behcətin oğluna yazdığı məktub: "Məbada günahkar atanı unudasan."

Administratorla əlaqə

077 611-55-22

[email protected]