Ölkə

SUMQAYITDA ETİRAZÇILAR YOLU BAĞLADI: GÜBRƏ ZAVODUNDA NARAZILIQ

18-05-2016, 11:36
Sumqayıtda inşa olunan Gübrə istehsalı zavodunda çalışan işçilər 2 aydır əmək haqlarını ala bilmirlər.

 Xeberman.com Xeberle.com-a istinadən xəbər verir ki, bu barədə işçilərdən biri məlumat verib. O, qeyd edib ki, rəhbərlik bu gün əmək haqlarını verəcəyini bəyan etsə də vədinə əməl etməyib.

İşçilər etirazlarını Bakı-Quba yolunun zavod inşa olunan ərazisindən keçən hissəsini bağlamaqla bildiriblər. Yolu bağlayan işçilər rəhbərlikdən maaşlarının verilməsini tələb ediblər. Əraziyə gələn səlahiyyətli şəxslər işçilərə zəhmət haqlarının mayın 20-də ödənəcəyinə söz veriblər. Bundan sonra maaşlarının verilməsini tələb edənlər avtomobil yolunu açıblar və nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Sumqayıtda Gübrə istehsalı zavodunu Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə Samsung Engineering şirkəti inşa edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]