Gündəm

Adı "Nurçular" ilə hallanan məmurun Eldar Mahmudov ilə nə əlaqəsi var ?

30-10-2015, 18:06
Adı "Nurçular" ilə hallanan məmurun Eldar Mahmudov ilə nə əlaqəsi var ?

Naqif Həmzəyevin YAP-ın siyahısına Eldar Mahmudov saldırıb, deputatlığa namizədin ilginc fotosu ortaya çıxıb

38 saylı Nizami (Gəncə) seçki dairəsindən YAP-ın namizədi olan Naqif Həmzəyevlə bağlı olduqca ilginc iddialar gündəmə gəlib. JAM.AZ-ın elektron poçtuna göndərilən məktubda deyilir ki, 30 yaşlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, eyni zamanda YAP-ın şəhər təşkilatının sədri olan sözügedən şəxsin adı siyahıya səbəbsiz salınmayıb.

Mənbə iddia edir ki, Naqif Həmzəyevin adı nurçularla birlikdə halansa da, o,əsasən sabiq MTN şefi Eldar Mahmudovun kadrı olub. JAM.AZ-a müraciət ünvanlayan qaynağın sözlərinə görə, elə deputatlığa namizədin adının YAP-ın siyahısında yer almasının səbəbkarı da sabiq nazir olub. Yəni, onun xahişi əsasında Naqif Həmzəyev hakim partiyanın deputatlığa namizədi müəyyən edilib.

Amma mənbə başqa bir mətləbdən də bəhs edir. Qaynaq yazır: «Naqif Həmzəyevlə bağlı bi də hər kəsi şoka salacaq foto var. Fotoda Naqif Həmzəyev hansısa dini terror təşkilatına aid bayrağın qarşısında silahlı formada duraraq, sanki “görəvləri” tam olaraq yerinə yetirməyə hazır olduğunu bildirir. Fotonun montaj olmadığını dəqiqləşdirəndən sonra göndərəcəyik. Eyni zamanda Naqif Həmzəyevin xaricdən gələn “müəmmalı qonaqları” şəxsi avtomobili ilə niyə Hacıkənd istiqamətinə doğru aparması haqqında da bilgilər var».

jam.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]