Gündəm

DYP-nin baş müstəntiqi işdən çıxarıldı - Siyasi mühacir imiş

17-05-2016, 20:10

Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimov vəzifədən azad edilib.

Xeberman.com verir ki, bu barədə afn.az saytı məlumat yayıb. Bildirilir ki, H.Kərimovla bağlı Daxili İşlər Nazirliyində araşdırma başladılıb, bu səbəbdən o, sərəncama göndərilib.

Onun sərəncama göndərilməsinə səbəb isə bir vaxtlar mühacirlik həyatı yaşaması olub.

Sayt iddia edir ki, H.Kərimov 1990-cı illərin ortalarında Bakı Dövlət Universitetini bitirib və bir müddət işsiz qalıb.

«Kərimov sonra Avropa ölkələrinin birinə mühacirət etmək qərarına gəlib. Onun Edik adı ilə tanınan dayısının köməkliyi ilə əlaqələr tapdığı və Almaniyada siyasi sığınacaq aldığı deyilir. Bir müddət Almaniyada siyasi qaçqın adı altında yaşayan H.Kərimov çox keçmir ki, hansısa qüvvənin köməkliyi ilə Azərbaycana qayıdır və polis orqanlarına işə düzəlir.

Bir müddət Abşeron rayonunda sahə müvəkkili, sonra cinayət axtarış şöbəsində işləyir və naməlum güclü qüvvələrin köməkliyi sayəsində pillə-pillə indi işlədiyi vəzifəyə yüksəlir. Ancaq H.Kərimov özü belə tez parlamasını qarabağlı və məhşur Kolanı tayfasına mənsub olması ilə əlaqələndirib», - deyə məlumatda qeyd olunub.

H.Kərimovun sərəncama göndərilməsinə səbəb də, məhz bu iddianın olduğu deyilir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]