Ölkə / Kriminal

Bakıda ŞOK ƏMƏLİYYAT: Allahşükür Paşazadənin deputat qudasının evindən silah-sursat tapıldı

16-05-2016, 17:38
Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.
Bakıda ŞOK ƏMƏLİYYAT: Allahşükür Paşazadənin deputat qudasının evindən silah-sursat tapıldı 
 Xeberman.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalırlar.

Deputatın evində belə bir əməliyyat keçirilməsini  hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə, əməliyyatı polis keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.

Deputat  belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.

Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də  Allahşükür Paşazadənin qudasıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]