Dünya

Oturaraq saatda 30 AZN qazanacaqlar

14-05-2016, 14:22

Sürücüsüz avtomobil layihəsi üzrə işləri sürətləndirən Google, maraqlı bir iş elanı verib.

Sürücüsüz avtomobil modelini test etmək üçün iş elanı yayımlayan Google, işə götürəcək adama çalışdığı hər saat üçün 20 dollar (30 AZN) ödəyəcək.

2 nəfərlik qruplar şəkilində avtomobilləri gündə 6 - 8 saat ərzində test edəcək komanda, necə deyərlər oturduqları yerdən pul qazanacaq.

Qrupun, sürücüyə ehtiyac duymayan avtomobil ilə bağlı etmələri lazım olan tək şey Google-ın mühəndislərinə "feedback" (əks məlumat) verməkdir.

Google, ABŞ-ın Arizona ştatında keçiriləcək testlər ilə, avtomobilinin səhra şəraitindəki performansı barədə daha ətraflı məlumat əldə edəcəyinə ümid edir.

Oturaraq saatda 30 AZN qazanacaqlar

Administratorla əlaqə

077 611-55-22

[email protected]