Ölkə

"Yəhudilər babalarımızın onlara etdiklərini heç vaxt unutmayıblar"

12-05-2016, 20:28

"Yəhudilər babalarımızın onlara etdiklərini heç vaxt unutmayıblar"

"Belə bir xalqla babalarımızın bizə qoyub getdiyi sıx dostluq münasibətlərini biz daha da genişləndirməliyik"


 

Bir yəhudidən soruşurlar ki, necə olur ki, bu qədər imkanlarınız ola-ola, kiçik məkana yerləşmisiniz. Cavab: İsrail bizim baş ofisimizdi, bütün dünya isə iş yerlərimiz"

Bir daha bəyan etmək istəyirəm ki, yəhudilər bütün tarixi boyu türklərlə, xüsusilə, Anadolu və Azərbaycan türkləri ilə ciddi dostluq münasibətlərində olmuş və heç vaxt bu münasibətlər hətta belə yüngül qarşıdurma səviyyəsinə çıxmamışdı. Kimsə yanlış olaraq ərəb və fars təbliğatına uyaraq pis qələmə verirsə, tam yanlışlığa yol verir, tarixi savadsızlığını biruzə verir və bununla xalqlarımızın əleyhinə uydurmalar yağdırmış olur. 

Əvvəla, onu hamımız bilməliyik ki, türklərin tarix boyu ən böyük dövlətlərindən olan Xəzər kaqanatının (bütün Azərbaycan bu dövlətin tərkibində olub) rəsmi dövlət dini yəhüdi dini olub və bu dini həmin dövlət və xalq könüllü olaraq qəbul etmişdir, qılınc gücünə deyil. Bu dövlətin xaqanı Bulan xaqan alim və məsləhətçilərini dəvət etmiş, daha uyğun din üçün təkliflərini hazırlamağı tapşırmışdı və onların məruzələri əsasında yəhudi dinini qəbul etmişdilər. 200 ildən çox davam edən dövlət devrildikdən sonra həmin yəhudilər (əsasən türk əsilli) Avropaya, Rusiyaya dağılmışlar. Bu gün yəhudi dinində tamamilə türk milləti var. Məsələn, əsasən Krımda, Polşada, Pribaltikada yaşayan karaimləri hamı yəhudi kimi tanıyır, amma onların dini yəhudidi, milləti isə təmiz türkdü. Bu xalq cəmiyyətə çox böyük alimlər, sərkərdələr, dövlət, ictimai xadimlər bəxş etmişdir. 

Türklər hər zaman yəhudiləri müdafiə etmişdi. Qədimdə Roma imperatorluğundan, İspaniyadan, Portuqaliyadan, Almaniyadan və başqa yerlərdən yəhudilər çıxarılanda və məhv ediləndə Türklər onları xilas etmiş, sığınacaq vermiş, yardım etmiş, hər cür şərait yaratmış, hətta ən böyük vəzifələrə yüksəlmişdi. 15-ci əsrdə Portuqaliyadan və İspaniyadan vəhşicəsinə qovulanda və məhv edilmək ərəfəsində olan Osmanlı imperatoru ora bütöv donanma göndərmiş və bir nəfərə kimi bütün yəhudiləri İstanbula götürmüş və tam vətəndaşlıq hüququ təmin etmişdi. Hətta Hitler soyqırımı zamanı bir hərbi blokda olmasına baxmayaraq on minlərlə yəhudiyə Türkiyə pasportu verilərək soyqırımından xilas edilmişdi. İsrail şəhərləri yalnız Osmanlı imperatorluğu dövründə normal inkişaf etmişdi, bunu yəhudi alimləri təsdiq edirlər. Hamıya məlumdur ki, yəhudilər böyük elmi potensiala malikdi, savadlı, bilikli xalqlardan, insanlardan adətən vəhşi hərəkətlər, pislik olmaz. Onlar da bu potensiallarını heç vaxt dünyada Türkləri müdafiədən əsirgəməmişlər. 

Bizim gənc nəslin zəif tarixi bilgilənməsindən fərqli olaraq, yəhudilər öz tarixlərini çox gözəl bilirlər və bizim babalarımızın onlara elədiklərini heç vaxt unutmayıblar, hər an, harada olsa da türkləri, o cümlədən Azərbaycan türklərini ciddi müdafiə edirlər, bunu görmək üçün bir az savadı artırmaq lazımdı. Dünya kapitalının ən azı yarısı (nəzarət paketi), dövlət idarəçiliyinin böyük hissəsi, elm aləminin daha böyük hissəsi yəhudilərin idarəçiliyindədi. Belə bir xalqla babalarımızın bizə qoyub getdiyi sıx dostluq münasibətlərini biz daha da genişləndirməliyik. Bir yəhudidən soruşurlar ki, necə olur ki, bu qədər imkanlarınız ola-ola, kiçik məkana yerləşmisiniz. Cavab: İsrail bizim baş ofisimizdi, bütün dünya isə iş yerlərimiz".

Saleh Məmmədov, tanınmış itisadçı alim, keçmiş maliyyə naziri
moderator.az


Administratorla əlaqə

077 611-55-22

[email protected]