Əsas Səhifə / Yaşam

4 saylı Şirvan Ərazi Qeydiyyat-İmtahan Bölməsində nə baş verir?

2-04-2014, 20:22
4 saylı Şirvan Ərazi Qeydiyyat-İmtahan Bölməsində nə baş verir?
Bir müddət öncə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi ilə Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə Dövlət Komissiyasının sədri cənab Ramiz Mehdiyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə dair geniş iclasını keçirmişdi.

Az qala ölkənin bütün dövlət strukturlarının rəhbərləri vəziyyətdən narahatlıq keçirirərək Prezidentin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrasına başlamışdılar. Belə bir məqamda Şirvandakı Respublika 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan Bölməsində baş verənlər, sadəcə, şok yaradır. Bölmənin rəisi Vüqar Məmmədyarovun nəinki təsirli tədbirlər görməsi, əksinə, baş verənlərə əməlli-başlı rəhbərlik etməsi və susması bizi açmadı.

Sürücülük məktəblərindən başlanan saxtakarlıq

Beləliklə, biz problemin araşdırılmasına əvvəlcə Şirvandakı sürücülük məktəblərindən başladıq.

Məlum oldu ki, Şirvan şəhərində fəaliyyət göstərən Sürücülük Məktəbinin adı var, özü isə... O söz...

Məktəbdə sənədlər üzərində kursantların təhsil alması və aldıqları təhsil üçün pul məbləğinin köçürülməsi, eyni zamanda dərslərin davamiyyəti müntəzəm göstərilsə də araşdırmamız nəticəsində bəlli oldu ki, əslində bütün bu işlər elə sənəd üzərində də qalır. Məktəbdə bir nəfər də olsun kursant oxumur, dərslərin keçirilməməsi ucbatından müəllimlər də vaxtı- vaxtında məktəbə gəlməsələr də nədənsə "əmək haqqlarını" müntəzəm alırlar.

Hələ ki, adının çəkilməsini istəməyən müəllimlərdən biri suallarımızı cavablandırarkən bildirdi ki, "Məktəb pulludur, təsərrüfat hesablıdır və hər bir kursant aldığı təhsil müqabilində(?) 240 (iki yüz qırx) manat civarında pul ödəməlidir. Ancaq onlar 120 (yüz iyirmi) manat məbləğində pul ödəyirlər..."

Həmsöhbətimiz "Bunun səbəbi nədir?" - sualımıza cavabında dedi ki, "Dərs keçirilən zaman avto-nəqliyyatın yanacaq məsrəfləri kursantlardan alınır. Onlar dərslərdə iştirak etmədikləri üçün (?) yanacaq və sürtkü yağlarını məktəbin direktoru özünün istifadə etdiyi xidməti və özəl maşınına sərf edir..."

Məktəbdə "yel əsib-yengələr oynayır"

Məktəb ümumiyyətlə, tədris üçün texnika ilə təmin olunmayıb. Onun üçün də bu məktəbdə təhsilin yüksək səviyyəsindən söz gedə bilməz. Yalnız bir-iki minik avtomobili var ki, onlardan da yalnız məktəbin direktoru özünün şəxsi təsərrüfatında istifadə edir.

Eyni sözləri Əhmədağa Ağayevin rəhbərlik etdiyi Hacıqabul sürücülük məktəbinə də aid etmək olar.

Azad Baxışovun rəhbərlik etdiyi Salyan rayon sürücülük məktəbində olan vəziyyət daha dözülməzdir. Belə ki, Azad Baxışov öz iş yerində oturmaqdansa hər gün sürücülük məktəbinə məxsus olan 52-AA-100 dövlət nömrə nişanlı avtomobillə Salyandan Şirvan şəhərinə gələrək 4 saylı RİQB-də onun üçün ayrılmış xüsusi yerdə oturaraq RİQB-nin rəisi ilə vətəndaşlar arasında sürücülük vəsiqəsinin alınmasına vasitəçilik edir. Buna aradüzəltmək də demək olar. Maraqlıdır ki, Azad Baxışov ilin bütün günlərində Şirvan şəhər RİQB-də oturur. Bəs görəsən, Salyan rayon sürücülük məktəbində onun işlərini kim aparır? İdarə etdiyi, yuxarıda nömrəsi göstərilən avtomobilin yanacaq məsrəfləri sözsüz ki, dövlətin cibindən oğurlanır.

Sadaladığımız bütün bu neqativ hallar şübhəsiz ki, 4 saylı RİQB-də, cənab Ramiz Mehdiyevin söylədiyi kimi, korrupsiyaya münbit şərait yaradır. Çünki sürücülük məktəblərini "bitirən" kursantların bilik səviyyəsi çox aşağı olur ki, bu da RİQB-də hamıya sərf edir. Əslində, kursantların savadsız olması Vüqar Məmmədyarovun rəisi olduğu 4 saylı RİQB-in işinə çox yarayır.

"Sürücülük vəsiqəsi!

Ay alan, min manatadır! Gəl ay müştəri!"

Burada sürücülük vəsiqəsi almaq üçün imtahan verən hər bir savadsız kursant (bir daha xatırladırıq ki, bu məktəblərdə təhsil alan kursantlar heç bir sürücülük səriştəsinə və ya biliyə yiyələnmirlər), adı çəkilən RİQB-nin rəhbərliyinə 1000 manat pul ödəyir. Sürücülük məktəblərinin direktorları və adı çəkilən 4 saylı RİQB-in rəhbərliyi isə "tutulmayan oğru deyil" məntiqini əlində bayraq edərək müqəddəs qanunlarımızı kobud surətdə pozur, vətəndaşlarımızda dövlətimizə, hökümətimizə, ən əsası isə Prezidentimizə qarşı inamsızlıq yaradır. Narazı insanlardan nə üçün aidiyyatı qurumlara şikayyət etmədiklərini soruşduqda isə cavab verdilər ki, burada işləyənlər çiyinlərində Azərbaycan Polisinin zabiti rütbəsini daşıyırlar. Biz kimə şikayət edək?

Belə qənaətə gəlmək olar ki, yuxarda göstərdiyimiz neqativ halları aşkarlamaq dövlət qurumları üçün heç də çətin deyildir. Əgər onlar bu məsələlərlə maraqlansalar və Şirvanda yerləşən 4 saylı RİQB-nin qarşısına gələrək vətəndaşlarla görüşüb söhbət etsələr, hər şeyin əyani şahidi olacaqlar. Görəcəklər ki, burada qanunsuzluq necə tüğyan edir... Necə ki, biz peşə fəaliyyəti ilə bağlı sürücülük vəsiqəsi almağa gələnlərlə söhbətləşdik, onların bütün söhbət-sövdələşməsini foto-aparatımızın video-kamerasının yaddaşına köçürdük.

Vüqar Məmmədyarov niyə tədbir görmək istəmir?

Son bir neçə müddət ərzində apardığımız müşahidələr göstərdi ki, DİN-nin regional 4 saylı Rayonlararası İmtahan-Qeydiyyat Bölməsində baş verənlər hamını narahat edir.

Burada əsas problem vətəndaşların ərizə və şikayətlərinə baxılmamasıdır: " Rəis Vüqar Məmmədyarov buranı polis rəisi kimi idarə edir, qəbul saatı və ya günü yoxdur, divarda belə bir göstəriciyə rast gəlinmir. Çünki rəisin təhsili bu sahəyə qətiyyən uyğun gəlmir, sürücünü qəbul edib nədən danışacaq? Alınan rüsumların dərəcəsi qanunla deyil, çöldən-çölə hesablanıb alınır. Məsələn, sürücülük vəsiqəsi üçün dövlət rüsumu 20 manatdırsa, vətəndaş ən azından 800-1000 manat verməli olur. Sürücülük vəsiqəsini dəyişəndə dövlət rüsumu 15 manatdırsa, rəisin göstərişi ilə 150-200 manat alınır... Maşınların müvəqqəti qeydiyyatına görə dövlət rüsumu 20 manatdırsa, 60-100 manat pul alınır. Yeni nəqliyyat vasitəsinin qeydiyyata alınması isə 200-300 manata başa gəlir. Vətəndaşların formal olaraq təhsil almaları barədə sənədlərlə gəldikləri imtahanlar isə biabırçı səviyyədə keçirilir. Məsələn, hər ay vətəndaşlara 150-200 ədəd sürücülük vəsiqəsi verilir, onların da hər birindən 800-1000 manat pul alınır. Həmin 150-200 nəfərin 4-5-i öz gücünə imtahan verə-verməyə..."

Mənbənin sözlərinə görə ən dəhşətli faktlardan biri də hərbi xidmət təyinatlı gənclərin komissarlıqlardan imtahana göndərilməsidir. Onlara isə 500-600 manat pul alınmasa, sürücülük vəsiqəsi verilmir, yəni imtahandan "kəsilirlər".

Mövzunun davamı olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]