Siyasət

Ərdoğanın müşaviri: "Dağlıq Qarabağ təkcə Azərbaycanın problemi deyil"

30-04-2016, 16:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Dağlıq Qarabağın təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemi olduğunu bildirib.

Virtualaz.org «Anadolu» agentliyinə istinadən xəbər verir ki, Azərbaycana səfər edən Yalçın Topçu cəbhə xəttinə baş çəkib.

Ağcabədidə yaşayan məcburi köçkünlərlə görüşən Topçu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində sonuna qədər dəstək verəcəyini bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]