Gündəm

Tərtərdə atışma başladı : ermənilər yenə yaşayış məntəqələrini hədəf seçib - SON DƏQİQƏ

28-04-2016, 00:15
Ermənistan ordusu Tərtər ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. 

Aprelin 27-si saat 23:00 radələrindən etibarən erməni silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimizi artilleriya silahlarından atəşə tutmağa başlayıblar. 

Musavat.com saytının Tərtərə ezam olunmuş reportyorlarının verdiyi son dəqiqə xəbərinə görə, hazırda qarşı tərəfin atəşkəsi pozması intensiv olaraq davam edir.

Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]