Siyasət

BMT-nin baş katibi İlham Əliyevə üzrxahlıq məktubu yazdı

23-04-2016, 20:41
BMT-nin baş katibi İlham Əliyevə üzrxahlıq məktubu yazdı

Pan Gi Mun Azərbaycana səfərinin təxirə salınmasının səbəblərini açıqladı.

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevəməktub ünvanlayıb. 

Xeberman.com-un məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab Prezident, mən Sizə və Sizin simanızda Azərbaycan xalqına, Azərbaycan Respublikasına, eləcə də Gürcüstana və Ermənistan Respublikasına səfərimi təxirə saldığım üçün səmimi üzrxahlığımı çatdırmaq istəyirəm. 

Ötən on il ərzində Sivilizasiyalar Alyansı həm xalqlar arasında, həm onların daxilində qarşılıqlı hörmət və tolerantlığın təşviq etdirilməsində mühüm platformaya çevrilmişdir. Sizin şəxsi mövqeyiniz və liderliyiniz sayəsində Alyansın 7-ci Qlobal Forumu öz gələcək kursunu peşəkarlıqla müəyyən edəcəkdir. Mən Sizinlə birgə şəxsən Qlobal Forumda çıxış etməyimi çox səbirsizliklə gözləyirdim və ümid edirəm ki, Sizə videokonfrans vasitəsilə qoşula biləcəyəm.

Səfərim zamanı mən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Birləşmiş Millətlər Təşkilatının Sizə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupuna ən yaxşı dəstək verə biləcəyini Sizinlə və regiondakı digər tərəflərlə müzakirə etməyi planlaşdırırdım.

Ümidvaram ki, Siz indiki xüsusi dövrdə qlobal böhranlar səbəbindən mənim Nyu-Yorkda olmağıma anlaşma ilə yanaşacaqsınız. Əfsuslar olsun ki, bəzən baş verən fövqəladə hallar siyasi lider kimi ən böyük arzularımıza və əvvəlki öhdəliklərimizə müdaxilə edir.

Ümid edirəm ki, səlahiyyətlərim başa çatmazdan əvvəl Azərbaycan Respublikasına səfərimin reallaşması üçün qarşılıqlı surətdə digər münasib vaxtı müəyyən edəcəyik.

Zati-aliləri, mənim üzrxahlığımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]