İdman

Azərbaycanlı futbolçu oyun zamanı qeyri-etik hərəkətinə görə komandasından uzaqlaşdırılıb

22-04-2016, 18:57
Azərbaycan I Divizionunun XXIII turunda "Şərurspor"la oyun zamanı komanda yoldaşına qeyri-etik jest edən futbolçu Fərrux Rəhimov "Ağsu" komandasından kənarlaşdırılıb. Bu barədə "Report"a komandanın baş məşqçisi Rüfət Quliyev məlumat verib.

R.Quliyevin sözlərinə görə, bu qərar 2:3 hesabı ilə uduzduqları oyundan dərhal sonra çıxarılıb. Baş məşqçi F.Rəhimovun qeyri-müəyyən müddətədək kənarlaşdırıldığını bildirib. Lakin o, 26 yaşlı müdafiəçinin qeyri-etik jestindən xəbərsiz olduğunu söyləyib. Gənc mütəxəssis bu qərarı F.Rəhimovun peşəkar futbolçu kimi onu qane etməməsi ilə əlaqələndirib.

Qeyd edək ki, xoşagəlməz olay matçın 30-cu dəqiqəsində baş verib. Fərrux Rəhimov qol vuran komanda yoldaşı Elnur Mustafazadəyə qarşı qeyri-etik hərəkətə yol verib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.

Administratorla əlaqə

077 611-55-22

[email protected]