Maraqlı

Çuğundur haqqında bilmədikləriniz

19-04-2016, 02:17

Çuğundur çox faydalı tərəvəzdir. Bişmiş və ya çiy olmasından asılı olmayaraq onun tərkibi çoxlu faydalı maddələrlə zəngindir.

Rusiya KİV-lərinə istinadən bildirir ki, bu tərəvəz anemiya və ya dəmir çatışmamazlığı kimi qan xəstəliyinin müalicəsində əvəzolunmaz bitki hesab edilir. Tərkibindəki dəmirin miqdarına görə sarımsaqdan, yodun miqdarına görə isə kələmdən sonra ikinci yerdə durur. Çuğundur metabolizmi sürətləndirir.

Çuğundur folifenollar və betalainlərlə zəngindir. Bu maddələr sərbəst radikalların zədələnməsinin və oksidləsdirici stressin qarşısını alır. Bu tərəvəz kapliyarların divarlarını möhkəmləndirən B və PP vitaminləri ilə zəngindir. O, minerallarla da zəngindir. Kalium və fol turşuları ürəyi xəstəliklərdən qoruyur, maqnezium sümükləri möhkəmləndirir, dəmir və fosfor enerji veririr, yod qalxanabənzər vəzi hormonlarının biosintezində iştirak edir.

Çüğündürün tərkibindəki kobalt B12 vitaminin hasil olunmasına imkan yaradır. Bu vitamin bağırsaq mikroflorasını sintez edir. Məlumdur ki, qırmızı qan hüceyrələrinin formalaşması B12 vitamini və fol turşusu olmadan mümkün deyil.

Daha çox çuğundur qəbul etməklə, bədəninizi cavanlaşdıracaqsınız. Çünki çuğundurun tərkibində yeni hüceyrələrin formalaşdırılması prosesində iştirak edən fol turşu var.

Betalain piqmentləri orqanizmdəki toksinləri təmizləyir.

Betatsianinlər xərçəng hüceyrələrinin inkişafını ləngidir.

Qida lifləri həzm sistemini yaxşılaşdırır.

Çuğundur metabolizmi möhkəmləndirir, onun sayəsində D vitamini yaxşı mənimsənilir.

Çuğundur qidalandırıcı maddələrlə də zəngindir. Onlar orqanizmə düşəndə nitritlərə çevrilir. Bu əqli zəifliyin qarşısını alır. Təcrübələr göstərir ki, nitritlər qan damarlarını açır, bu da sağlam qan dövranını təmin edir. Buna görə də bütün hüceyrələr oksigenlə dolur.

Çuğundurun tərkibində yerköküyə nisbətən daha çox petkin maddələri var. Petkin orqanizmdəki radioaktiv və ağır metalların azalmasını təmin edir. O, həm də təhlükəli bağırsaq bakteriyalarının və müxtəlif xəstəliklərin yayılmasının qarşısını alır.

Çuğundurun müalicəvi xüsusiyyətləri də var. O xolesterinin miqdarını azaldır, qan təzyiqini aşağı salır, kapliyarların divarlarını möhkəmləndirir, sklerozun qarşısını alır, beyin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə yağların maddələr mübadiləsini stimullaşdırır.

 

Çuğundur haqqında bilmədikləriniz

Administratorla əlaqə

077 611-55-22

[email protected]