Gündəm

Xaricdə təhsil ləğv olunacaq.

18-04-2016, 13:04

Artıq bir neçə gündür ki, xaricdə təhsil proqramının dayandırlması ilə bağlı ciddi müzakirələr aparılır. Belə ki, təhsil naziri Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirərək deyib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.


Təhsil eksperti Etibar Əliyev Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, xaricdə təhsil alanların əksəriyyəti ölkəyə qayıtmayıb: "Hesab edirəm ki, kifayət qədər ölkə vətəndaşı dövlət hesabına xaricdə təhsil aldı. Amma məzunların böyük əksəriyyəti ölkəyə qaytımayıb. Əslində onlarla bağlanan müqavilədə xaricdə təhsil alan tələbələrin qayıdıb 5 il ölkədə çalşmasını zəruri edən bәnd nəzərdə tutulurdu.

 

Əgər Azərbaycan dövləti küllü miqdarda vəsait ayrırısa şübhəsiz ki, prioritet ixtisasları müəyyənləşdirərkən ölkə üçün ehtiyac duyulan ixtisasları seçir və prioritet kimi dəyərləndirir. Hesab edirəm ki, dövlәt hesabına xaricdə təhsil almış şəxslər geri qayıtmalıdırlar. Düşünürəm ki, xaricdə təhsil proqramına müəyyən qədər fasilə verilir. Dünyada belədir ki, xaricdə təhsil proqramları fasiləsiz həyata keçirilir. İndi xaricdə təhsillə bağlı yalnız magistraturaya üstünlük verilməsi hansısa səbəblərlə bağlıdır. Bu səbəblərdən biri daha çox elmi kadrlara ehtiyac duyulması ilə bağlıdır. Ümid etmək olar ki, bir müddət sonra xaricdə təhsil proqramı bərpa olunsun. Bu proqramın dayandırlması maddi problemlərlə bağlı olmasını düşünmürəm. Hər il 500-ə yaxın istedadlı gəncin xaricdə təhsil almasına dəstək vermək üçün dövlətin gücü yetər”.

"F-Group Academy"nin xaricdə təhsil üzrə mütəxəssisi Fuad Hacıyev Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, xaricdə təhsil almış bir nazirin bu gün xarcdə təhsil proqramı ilə bağlı fərqli fikirlər səsləndirəndə insana pis gəlir: "Bu mövzu ilə bağlı belə bir addımın atılmasının təbii ki, müəyyən müsbət tərəfləri də var. Belə ki, seçimlər konkretləşdiriləcək, ölkədə daha çox ehtiyac olan ixtisaslar prioritet kimi götürülәcәk.

Amma məsələnin digər tərəfi də var ki, bir çox sahələr var ki, ölkədə hәmin istiqamәtlәr üzrə təhsil almaq demək olar ki, qeyri-mümkündür. Məsələn alternativ enerji, fermerlik və s. sahəlәrlə bağlı ölkədə təhsil almaq istəyən şəxs nə dərəcədə bu sahədə lazımı biliyə yiyələnə bilər? Azərbaycanda bu sahədə anlayışı olan şəxslərin sayı məhduddur, o ki, qaldı bu sahədə təhsil verə bilsinlər... Xaricdən dəvət edilən professorlar da maksimum iki ixtisas üzrə dərs verə bildi, bəs digərləri necə olacaq?

İndiki halda bu addımı heç də düzgün saymaq olmaz. Amma Təhsil Nazirliyi xaricdə olan bəzi institutlarının hesabına tələbələrin təqaüd problemini həll edə bilərdi. Azərbaycan da 10 dənə yaxşı hazırlaşmış tələbə yollaya bilərdi. Təhsil Naziriliyinin bu addımı ən rahat yola qaçmaq istiqamətində getmәyә bənzəyir. Düzdür, Təhsil Nazirliyi hələ ki, tam olaraq maddi çatışmazlıqlar üzündən belə bir qərar verdikərini açıqlamayıblar. Amma bir müddət öncə bu il üçün də xaricdə təhsil proqramının təsdiqlənəcəyi ilə bağlı xəbər vermişdilər”.

Xaricdə təhsil ləğv olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]