Siyasət
İlham Əliyevdən yeni təyinat - Rəsmi
6-04-2016, 17:33
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov İspaniya Krallığına fövqəladə və səlahiyyətli səfir təyin edilib.
AzərTAc-ın məlumatına görə, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamına əsasən, Anar Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.