İdman

Bakının “İnter” klubu avrokuboklardan uzaqlaşdırıldı

31-03-2016, 02:02
Bakının “İnter” klubu avrokuboklardan uzaqlaşdırıldı

UEFA Bakının "İnter” klubunu cəzalandırıb. Klubun saytının yaydığı xəbərə görə, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, "İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edib.

Buna səbəb klubun bu ilin yanvarın 31-ə qədər borclarını ödəyə bilməməsidir.

"İnter” bu qərara əsasən apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. "İnter” bu hüquqdan istifadə etmək niyyətindədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]