Ölkə

İsmət Abbasovun zavodunda: yoxlama, həbs, intihar...

17-03-2016, 23:09
İsmət Abbasovun zavodunda: yoxlama, həbs, intihar...

Bakı Şərab 1- ATSC-nin küllü miqdarda vergidən yayınma faktını audit təsdiq edib.

Bu barədə TİA.AZ-a Göyçay sakini, sahibkar Qədirov Məhəmmədəli Mahmud oğlu bildirib.  

 

Yoxlama

 

Onun sözlərinə görə, bir müddət öncə mətbuatda Bakı Şərab 1-ATSC-nin rəhbərliyinin özünə qarşı qondarma cinayət işi açdırması barədə müraciəti dərc edildi: "Həmin vaxt sərbəst audit tərəfindən məndə olan sənədlər üzrə yoxlama aparılırdı.

 

Audit yoxlamasının nəticələri iki gün öncə mənə təqdim edildi və müəyyən edildi ki; " 4 saylı mağazanın müdiri (yəni mənim) tərəfimdən 2008-ci ildən-2015 ci ilə dək 3546168 manat Bakı Şərab 1 ATSC-yə pul ödəmişdir.

 

O cümlədən Göyçay şəhərində yerləşən Respublika bankın Göyçay filalı vasitəsi ilə 1219089 manat Göyçay Zamin Bank vasitəsi ilə 1250017 manat və 4 saylı maqazinin müdiri  tərəfindən kassa məxaric orderi vasitəsi ilə 1077062 manat Bakı Şərab 1 Atsc-yə verilmişdir.

 

4 saylı firma mağaza tərəfindən göndərilən və Bakı Şərab 1 ATSC tərəfindən qəul edilən pullar aşağıdakı kimi olmuşdur.Belə ki 4 saylı mağazanın müdiri M.Qədirov 2008-ci ili avqust ayından 2015 ci ilin avqust ayına dək öz tərəfindən və banklar tərəfindən cəmi 3546167 manat pul göndərmiş Bakı Şərab1 ATScC tərəfindən 3131947 manat qəbul edilmişdir. Yəni 414219 (dörd yüz on dörd min iyirmi doquz) manat Bakı Şərab 1 ATSC tərəfindən az mədaxil edilib”. 

 

Abbasovun zavodu

 

Sahibkar yazıb: "Xahiş edirəm diqqət edin ki, Bakı Şərab 1-ATSC-nin direktoru Sahib Rəhimovun yatatdığı korrupsiya şəbəkəsinin əldə etdikləri küllü miqdarda gəliri gizlətməklə  küllü miqdarda vergi yayınmasına yol vermişdiılər.

Auditorlar Palatasının sərbəst auditorunun apardığı araşdırma sənədlərini başda Prezident cənab İlham Əliyev olmaqla bütün hüquq mühafizə orqanlarına və o cümlədən də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də göndərmişik.

Həmin sənədlər tam əsas verir ki, keçmiş Kənd Təsərrüfatı Naziri İsmət Abbasova məxsus olan və himayə etdiyi Bakı Şərab 1-ATSC-nin rəhbərliyi tərəfindən yol verilmiş ciddi qanunsuzluğa görə dərhal cinayət işi başlanılsın və direktor Sahib Rəhimov başda olmaqla aidiyyatı vəzifəli şəxslər cinayət məsuliyətinə cəlb edilsinlər.

Hansı ki, saxta sənədlərlə Sahib Rəhimov mənə qarşı qondarma cinayət işi başlanılmasına nail olmuşdur. Ancaq mən ümüd edirəm və inanıram ki, şəffaf sahibkarlıq fəaliyyətimə kölgə salmaq istəyən bu cinayətkar dəstə barəsində Prezident cənab İlham Əliyev şəxsən ciddi tədbirlər görülməsinə tapşırıq verəcək”.

 

Həbs, intihar…

 

İş adamı qeyd edib: "Rayon sakini olan Babək adlı sahibkarın həbs edilib azadlıqdan məhrum etmə cəzası ilə məhkum etdiriblər. Hicran adlı Sabirabad rayon sakininə  hədə-qorxu gəlindiyi üçün intihar etmişdir. İndi isə bu quldurların növbəti qurbanı mən olmalıyam.

Amma ümüdümü üzməmişəm ona görə ki, cənab İlham Əliyev sahibkarların hüquqlarının qorunması üçün xüsusi tapşırıqlar verib. Buna görə Prezident yanında Apellyasiya Şurası yaradılıb ki, artıq ora da şikayət ərizəsi ilə müraciət etmişik.

Mən mətbuat vasitəsi ilə  bir daha Prezident cənab İlham Əliyevdən və onun tərəfindən yaradılmış apellyasiya sədri olan Eldar Nuriyevdən müraciət edib artıq dərəcədə xahiş edirəm ki, onlara sənədlərlə birgə göndərdiyim şikayət ərizəmə obyektiv baxılmasını təşkil edəsiniz.

Artıq ortada Bakı Şərab 1-ATSC-nin korrupsiya cinayətlərini təsdiq edən konkret və mötəbər subutlar var.Xahiş edirəm bu cinayət faktını ciddi araşdırıb qnunu tədbirlər görəsiniz məni cinayətkar etmək istəsələrdə onlar özləri cinayətkardılar.

 

Qeyd edim ki, mən 2004-cüil tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul oluram.Göyçay şəhəri Nizami küçəsi 20/20 ünvanında yerləşən şəxsi ərzaq mağazam var.15 Aprel 2008 ci il tarixdə Bakı Şərab1- ATSC-nin satış müdiri Məmmədov Allahverdi (hal hazırda işləmir) məni ATSC-yə dəvət etdi və təklif etdi ki, həmin səhmdar cəmiyyətlə mənim maqazinim asında müqavilə bağlansın və onların istehsal etdikləri spirtli içkilərin regionlarda satışını təşkil edim. 15 Avqust 2008 ci il tarixdə direktor Sahib Rəhimovun əmri ilə mən həmin mağazaya müdir təyin olundum. Zavod direktoru  Sahib Rəhimovun əmrinə əsasən mağazanı işçilərlə layiqli təmin etdim.

Uzun müddət şəffaf işlədim və onlardan əmək haqqımın qaldırılmasını tələb etdikdə isə belə saxtakarlıqla məni şərləyib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4.3-cü maddəsi ilə cinayət işinin başlanılmasına nail oldular”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]