İqtisadiyyat

“Evrascon” şirkətində əmək qanunvericiliyinə riayət edilirmi? – ARAŞDIRMA

15-03-2016, 01:56
“Evrascon” şirkətində əmək qanunvericiliyinə riayət edilirmi? – ARAŞDIRMA

Şirkət nünayəndəsi: "Maaşın gecikməsinə görə əlavə kompensasiya verilməyəcək”.

Azər Quliyev: "İşçilər maaşın gecikdiyi hər günə görə əlavə kompensasiya tələb edə bilər”

Ramiz Zeynalov: "Azərbaycanda indeksləşdirmə haqqında qanunun olmaması hüquqların pozulmasına şərait yaradır”

Mirvari Qəhrəmanlı: "Təəssüf ki, Azərbaycanda bir çox iri şirkətlər qanuna məhəl qoymur”

  olunurdu ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən bir qrup şirkət əməkdaşı keçən ilin sentyabrından bəri maaş almadıqlarından şikayətlənib.

Vətəndaşlar Qafqaznews.az saytına bildiriblər ki, sonuncu dəfə dekabr ayının 30-unda adambaşı 100 manat maaş alıblar: "Bu da sentyabr ayının maaşından hesablanmışdı. Ondan sonra bir qara qəpik də ala bilməmişik. Rusiyada, Qazaxıstanda iri layihələr həyata keçirən, milyonlarla dollar qazanan şirkətin rəhbərliyi 5 aydır digər bazalarda da olmaqla, 3 minə yaxın işçinin maaşını vermir. Nə qədər müraciət etsək də, hər dəfə bir bəhanə uydururlar. Bu dəfə deyirlər ki, guya devalvasiyaya görə pul yoxdur. Ondan-bundan borc alıb işə gəlirik, kreditlərimiz, ailə məsrəflərimiz var. Narazılıq edənlərə isə deyirlər ki, öz hesabınıza məzuniyyətə gedə bilərziniz, qapı üzünüzə açıqdır. Fəhlələrin əksəriyyəti də işsiz qalmaq qorxusundan etiraz etmir. Pensiya kartımıza (Dövlət Sosial Müdafiə Fondunu nəzərdə tuturlar – red.) heç bir məbləğ köçürülmür, amma o pulu hər ay bizim məvacibdən tuturlar. Bazar günləri işləyirik, o da hesaba alınmır. Biz etiraz etmək istəyirik, amma dövlət başçımıza sədaqətimizdən və iğtişaş yaratmaq istəmədiyimizdən dözürük. Şirkət rəhbərliyi isə elə bilir ki, biz ya qorxuruq, ya da ağlımızı itirmişik”.

İndi isə "böhranla əlaqədar olaraq”, işçilərə maaşın 20-25 faizə qədər azalacağı bəyan olunub.

Bu günlərdə isə həmin şikayətçilər Qafqaznews.az saytı ilə əlaqə saxlayaraq bildiriblər ki, ötən ilin oktyabr ayına olan maaşı alıblar, lakin altı ay ərzində maaşsız qaldıqlarından, ciddi maliyyə sıxıntısı ilə üzləşiblər: "Sizin vasitənizlə öyrənmək istərdik, görəsən, bizə maaşlar ödənilərkən, bu müddətdə baş verən inflyasiya nəzərə alınmalıdırmı? Yaxud, biz maaşların gecikməsinə görə şirkətdən əlavə ödəniş tələb edə bilərikmi?”.

скачанные файлыVəkil Ramiz Zeynalov Qafqaznews.az saytına bildirib ki, beynəlxalq hüquqa və dünya təcrübəsinə nəzər saldıqda, gecikən maaşların və ümumiyyətlə, əhaliyə borcların ödənilməsi zamanı indeksləşdirmə aparılmalıdır: "Əgər altı ay əvvəl 600 manat təxminən 600 dollara yaxın idisə, indi dollarla daha az pul edir və cəmiyyətdə bahalaşma yaranıb. Ona görə də, müasir şərtlər nəzərə alınmalıdır. Hətta Bakıda bəzi yerlərdə söküntülər zamanı əhaliyə vəd edilən kvadratmetrə görə 1500 manat kompensasiyanın da məbləğində düzəliş aparılmalıdır. Çünki evlər bahalaşıb, o pulla heç nə almaq mümkün deyil. Amma təəssüf ki, Azərbaycanda indeksləşdirmə haqqında qanun yoxdur. Bu qanunun olmaması insanların hüquqlarının pozulmasına gətirib çıxarır”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə Qafqaznews.az-a bildirib ki, Əmək Məcəlləsinə görə, işçilər ən azından gecikən hər günə görə maaşın 1 faizi qədər kompensasiya tələb edə bilərlər: "Təəssüf ki, Azərbaycanda bir çox iri şirkətlər qanuna məhəl qoymur. Sadəlövh vətəndaşlar isə ya hüquqlarını bilmir, ya da onu tələb edə bilmirlər”.скачанные файлы (1)

Biz  adıkeçən şirkətə zəng etdik, bizimlə İdarə Heyətinin sədri Manaf Şirinovun katibəsi Sevinc xanım (soyadını bildirmək istəmədi – red.) danışdı.

O dedi ki, ötən ilin oktyabr-noyabr ayları üzrə ödəniş artıq həyata keçirilib: "Qalan ayların maaşları da tezliklə veriləcək. Pul olduqca, bütün gecikən maaşlar veriləcək. Novruz bayramına qədər maaşlar tam ödəniləcək”.

Sevinc xanım  Qafqaznews.az-ın"Maaşlar verilərkən, inflyasiya nəzərə alınırmı?” sualına sualla cavab verdi: "İnflyasiya hansı şirkətdə nəzərə alınır? İndi bütün ölkədə vəziyyət bilirsiniz də necədir”.

Gecikən günlərə dair işçilərə əlavə kompensasiyasının verilib-verilmədiyini də soruşduq, şirkət nümayəndəsi bizə "yox, elə bir şey yoxdur, sadəcə maaşlar nə qədər idisə, onu veririk” cavabı verdi.

Biz "Evrascon”da ixtisarlar barədə də soruşmaq istədik, lakin Sevinc xanım belə cavab verdi: "Bu haqda danışa bilmərəm. Siz maaşları soruşdunuz, mən cavab verdim”.

"Evrascon” əməkdaşının sözlərini şərh etmək üçün əmək qanunvericiliyi ilə mütəxəssis, hüquqşünas Azər Quliyevlə əlaqə saxladıq.

1423130223Azər Quliyev   Qafqaznews.az-a bildirdi ki, Əmək Məcəlləsinə görə, şirkətlərlə işçilər arasındakı əmək müqaviləsində maaş vaxtının tarixi göstərilməlidir: "Hətta Əmək Məcəlləsində maaşların iki dəfə verilməsi nəzərdə tutulub. Məsələn, ayın 15-nə qədər avans verilməlidir”.

Onun sözlərinə görə, əgər "Evrascon” öz əməkdaşlarının maaşlarını gecikdirirsə, qanunla gecikən hər günə görə maaşın 1 faizi qədər kompensasiya ödəməlidir: "İşçilər tam əmin şəkildə şirkəti məhkəməyə verə, əlavə kompensasiya tələb edə bilərlər. 100-150 gün az müddət deyil. Minimum hər günə görə 1 faiz ödəniş edilməlidir, bu, daha çox da ola bilər. Maaşların azaldılması zamanı isə işçilərin razılığı olmalıdır. Əmək haqqı birtərəfli qaydada azaldıla bilməz”.

Rüfət Əhmədzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]