Ölkə

Elmar Vəliyevin prezidnetə ŞOK xəyanətləri - PAYLAŞ BUNU HAMI TANISIN.

11-03-2016, 22:43
Elmar Vəliyevin prezidnetə ŞOK xəyanətləri - PAYLAŞ BUNU HAMI TANISIN.
Heydər Əliyev Fondunun tikdirdiyi «Gəncə Qapıları»nı sökdürən Gəncənin icra başçısı restoranını satdığı Etibar adlı şəxsin ayağına gedərək, ondan əfv diləyib.
Gəncənin icra başçısı Elmar Vəliyevin şəhər əhlinə uddurduğu qanın həddi-hüdudu yoxdur.Xeberman.com politika.az -a istinadən xəbər verir ki, camaatın davamlı olaraq dövlət qurumlarına etdiyi şikayətlərə də əhəmiyyət verən qalmayıb. Bundan əminləşən, eyni zamanda əl-qolu açılan icra başçısı da camaatla siçan-pişik oynamaqdan həzz almaqdaydı. Ta o vaxta kimi ki, Gəncədə işsiz insanlar etiraz aksiyası keçirilənə qədər. 

Camaat iş və çörək istəyir .
Qeyd edək ki, fevralın əvvəlində Gəncə şəhərində keçirilən əmək yarmarkasında baş vermiş olaydan sonra Elmar Vəliyev durumun ciddiyyətini anlamağa başlasa da, yenə də özünü sındırmaq istəmir. Elə bu səbəbdəndir ki, şəhərdə bəzi nəbzyoxlayıcı addımlar ataraq, söküntü işləri həyata keçirir. 

Camaat isə fevralın 5-də əmək yarmarkasında baş vermiş olayı yenidən təkrarlamaq fikrindədir. Əgər onlar həmin vaxt Elmar Vəliyevə «Rəd dol», «İstefa» deyə deyirdilərsə, bu dəfə işi sözlərə buraxmaq fikrində deyillər. Gəncədən gələn xəbərlərdə deyilir ki, əhalinin tək tələbi iş və çörəkdir. Onlar icra başçısına artıq xəbərdarlıq da ediblər. Və bildiriblər ki, bu şəkildə davam etməsi mümkün deyil. Artıq səbrləri də tükənir. Ona görə də, iş və çörək məsələsini tezliklə həll etməlidirlər. 

Cığal icra başçısının dişini necə «sındırdılar»?
 
Politika.Az xəbər verir ki, Elmar Vəliyevin qılıncının dalı və qabağı kəsən vaxtlarda Gəncədə özünə VERO adlı restoran açmışdı. Bu sözün açması Vəliyev Elmar Rüstəm Oğlu idi ki, icra başçısı bununla ad qoymaq fikrindəydi. Lakin bu məsələ qəfil mətbuata çıxdı və Vəliyev işin çətinə düşəcəyini görərək, onu satmaq qərarı verdi. 

Məlumatlara görə, icra başçısı VERO restoranını əslən Gəncədən olan, lakin xarici ölkə vətəndaşı olan Etibar adlı iş adamına satdıqdan sonra bir xeyli rahatlamışdı. Etibar isə restoranın adını dəyişərək VERO-nu VEQO ilə əvəzləyib. Sonradan isə tərəflər arasında qəribə bir qalmaqal yaşanmağa başlayıb. 

Qeyd edilir ki, Vəliyev restoran-motelini ucuz qiymətə satdığını anlayaraq, cığallıq etməyə başlayıb. Buna görə də Etibarla «müharibə» vəziyyəti yaradıb. Bir xeyli onu incidən Elmar Vəliyev sonda gözlənilmədən çıxılmaz vəziyyətə düşüb. 

Məlumata görə, Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Gəncədə görüşmək istəməsindən sonra Vəliyevi qarınağrısı tutub. Ona görə ki, hər iki prezidentin məhz VEQO-da qalacağı dəqiqləşibmiş. Vəliyevi narahat edən məsələ isə o olub ki, Etibar orada dövlət başçısına ondan şikayət etsin. 

Deyilənlərə görə, səfər ərəfəsində Vəliyev Etibarın ayağına düşərək, ona yalvarmağa başlayıb. Bütün dost-tanışlarını iş adamının yanına göndərən icra başçısı onunla barışmaq istədiyni bildirsə də, hər dəfəsində rədd cavabı alıb. Lakin Gəncənin icra başçısının başqa çarəsi qalmayıb. Özü restorana gələrək, Etibarla görüşüb. Üz-üzə çay süfrəsi arxasında gedən danışıqlar sülhlə nəticələnib. Amma Elmar Vəliyev sonda elə bir hərəkət edib ki, sahibkar da məəttəl qalıb. Belə ki, Gəncənin icra başçısı restoranın barında vitrinə qoyulmuş 5000 avroluq spirtli içkini hədiyyə olaraq, götürüb gedib.

Müəllimlərə küçə süpürdürən icra başçısı.
Elmar Vəliyev üçün hansı məslək olursa olsun, heç bir əhəmiyyəti yoxdur. Normalda heç bir icra başçısı özünə sığışdırıb müəllimlərə küçə süpürtdürmür. Belə hallar yalnız Ağdaş və Ağcabədidə qeydə alınmışdı. Lakin sonradan özlərini yığışdıran icra başçıları müəllim məsələsində zarafat etməyi bir kənara qoydular. 

Amma bunun Elmar Vəliyevə heç bir dəxli yoxdur. Ona görə ki, Gəncənin icra başçısına kimin hansı məsləkdə olmasının qəti aidiyyatı yoxdur. Elə bu səbəbdəndir ki, prezidentin Gəncəyə səfərə hazırlaşdığı bir vaxtda Elmar Vəliyev bütün orta məktəb və uşaq bağçalarının müəllimlərini İcra Hakimiyyətinin binası önünə yığaraq, onların əlinə süpürgə verdirib, küçə süpürtdürüb. 

Və işin ən bəlalı tərəfi odur ki, müəllimlər küçələri və meydanları süpürdükdən sonra oraları yumalı da olublar. Özü də əllə. İndi müəllimlərlə yanaşı, camaat da sual edirlər ki, Gəncənin Təmizlik İdarəsi mövcudkən, müəllimləri bu işlərə cəlb edib, aşağılamaqla Vəliyev hansı məqsədi güdür? 

Heydər Əliyev Fondun tərəfindən quraşdırılan qapıları kim uçurub? 

Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə İcra Hakimiyyətinin başıçısı təyin olunandan sonra kütləvi şəkildə şəhərdə uçurma işlərinə başladı. Bu uçurma işləri o qədər geniş vüsət aldı ki, arada şəxsi mülklərlə yanaşı, qədim mədəniyyət abidələri də buldozerlərin qarşısına verildi. Toxunulmazlıq statusu almış icra başçısının əndazələri aşması isə hədd və hüdud tanımırdı. 

Bu uçurulmuş yerlərdən biri isə Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə tikilmiş «Gəncə Qapıları» Kompleksidir. Maraqlı məqamdır ki, bu Azərbaycan tarixində ilk hadisədir. Ona görə ki, indiyə qədər heç bir icra başçısı cəsarət edib Heydər Əliyev Fondunun inşa etdiyi çəpəri belə uçurmayıb. Görünür, Elmar Vəliyev üçün bu fondun hər hansı bir əhəmiyyəti yoxdur. 

Bəs, görəsən Heydər Əliyev fondunun rəhbərliyi Elmar Vəliyevin bu "özfəaliyyəti" haqda xəbəri varmı? Heydər Əliyev Fondunun rəsmi saytında bu gün də bu abidə haqda məlumat qalmaqdadır. Və orada yazılır: "Dəmirçi Osmanoğlu İbrahim tərəfindən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə Gəncədə zəlzələ baş verərkən yadellilər tərəfindən aparılmış məşhur Gəncə qapıları 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib və şəhərin girişində qurulmuşdur». 

Ucqar kənd yollarına çevrilmiş Gəncə küçələri 

Elmar Vəliyev hər nə qədər sinəsinə döyüb, Gəncəni qurub, yaratdığını desə də, ortadakı reallıq tam tərsini nümayiş etdirir. Ona görə ki, şəhərin kənar yollarının durumu bərbaddır. Hətta ucqar kənd yollarını belə burayla müqayisə etmək mümkünsüzdür.

Yalnız şəhərin mərkəzinə əl gəzdirməklə işləri bitmiş hesab edən icra başçısıünın bu yaxınlarda baş vermiş hadisədən də yəqin ki, xəbəri var. Belə ki, bir müddət əvvəl 25 saylı avtobus Qaçaq Nəbi küçəsində palçığa batıb. Çarəsiz sərnişinlər avtobusu palçıqdan çıxarmağa çalışsalar da, özləri palçığa batıblar....

Gəncə sakinləri isə bununla bağlı bildirirlər ki, Elmar Vəliyev tezliklə bu işə də əncam çəkəcək. Onların sözlərinə görə, yaxın zamanlarda xaricdən xeyli sayda at və eşşək alınacaq. Həmin heyvanları isə marşurut xəttlərinə buraxacaqlar ki, insanlar onların belində hərəkət etsinlər. Və palçığa batmasınlar. Fəqət, burada bir məsələ qaranlıq qalır.

Məlumdur ki, eşşək bir dəfə palçığa batdısa, bir daha oradan keçmir. Belə olanda, Gəncənin küçələrində bir dəfə palçığa batacaq eşşəklər, bir daha o yolu gedəcəklərmi? 

Yazıda "GƏNCƏ - Müstəqil İnformasiya Portalı” adlı facebook səhifəsinin məlumatlarından və şəkillərindən istifadə olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]